Cəmiyyət

Elnur Məmmədov əsgərlər üçün təşkil olunan konsertdə - FOTO

18 Dekabr 2018 14:40
Baxış: 1 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş bayram konserti keçirib.

Tanınmış müğənni Elnur Məmmədov şən mahnılardan ibarət konsert proqramı ilə çıxış edib.

Onun vətənpərvərlik ruhunda olan ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb. Həmçinin rəqs kollektivlərinin rəngarəng ifaları maraqla qarşılanıb.
Sonda hərbi hissənin rəhbərliyi keçirilən tədbirə görə təşkilatçılara təşəkkürünü bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.