Cəmiyyət

Azərbaycanda 151 nəfər xəstəxanaya yerləşdirilib - SƏBƏB?

17 Dekabr 2018 23:09
0 Şərh     Baxış: 4 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yanvar ayından indiyədək 151 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Milli.Az bildirir ki, bunu Trend-ə mərkəzin Toksikologiya Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, aprel ayından indiyədək 135 nəfəri ilan, əqrəb və hörümçəyin bir növü olan qaraqurd sancıb.

Azərbaycanda aprel ayından indiyədək 80 nəfər ilansancma, 24 nəfər qaraqurd, 31 nəfər sarı əqrəb sancması şikayəti ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib.

A.Maqsudov qeyd edib ki, qaraqurd və sarı əqrəb sancmaları ilə bağlı şikayətlər əsasən isti aylarda Bakıətrafı ərazilərdə yaşayan insanlar tərəfindən daxil olub.

Şöbə müdiri bildirib ki, statistikaya əsasən, ilansancma ilə bağlı xəstəxanaya müraciətlər daha çox Şirvan şəhəri və Hacıqabul, Yevlax, Bərdə, Kürdəmir, Qəbələ rayonlarından daxil olur.

Onun sözlərinə görə, bu ilin əvvəlindən indiyədək 44 nəfər sirkə turşusundan zəhərlənib. Onların 3-ü sirkə qəbulundan zəhərləndikləri üçün dünyalarını dəyişiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.