Cəmiyyət

Kənan M.M Mübarizi təhqir edən azərbaycanlı qıza: “Murdar ayaqlarınla…” - VİDEO

17 Dekabr 2018 10:32
33 Şərh     Baxış: 13 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə sosial şəbəkələrdə Nərmin Şahmarzadə adlı azərbaycanlı bir psixoloq Mübariz İbrahimov haqqında təhqiramiz fikirlər səsləndirib.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, Türkiyənin "Savaşçı" serialında rol alan azərbaycanlı aktyor Kənan Mahmudov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı səsləndirilən qalmaqallı fikirlərə sərt reaksiya bildirib. O, serialın aktyorlarının "Mübariz Türk Dünyasının Qəhrəmanıdır" şüarını səsləndirdiyi videonu paylaşaraq Milli Qəhrəman haqqında mənfi rəy bildirən Nərmin Şahmarzadəni nankor adlandırıb:

"Mübarizi tanımayanın qanında, soyunda, sülaləsində problem var. Bunu o qıza və ona dəstək olan ermənipərəstlərə göstərin. Bir mikrob Nur dunyasına ləkə sala bilməz".

Aktyor hesab edir ki, N.Şahmarzadə Mübarizin məzarı önündə dik çöküb üzr istəməlidir:

"Get, diz çök Mübarizin məzari önündə və üzr istə! O zaman bu millət səni əfv edər. Nankor qız, ya da getmə ora, o nur məkanı murdar ayaqlarınla murdarlama".

Xatırladaq ki, aktyor adıçəkilən türk serialının əvvəlki bölümlərində ssenaristlərdən Xocalıda baş verən soyqırım və Mübarizlə bağlı səhnələrin daxil edilməsini rica etmişdi:

"Ssenaristlərimizdən çox rica etdim ki, Xocalıda baş verən soyqırımı daxil edək, sağ olsunlar mənə "ok" dedilər. Mübarizin adı ümumiyyətlə, yox idi. O, mənim vicdanımın səsi oldu, qəhrəmanımızın adını çəkilişdə səsləndirdim. Türk dilində oynamağımın səbəbi dərdimizi türkdilli qardaşlara çatdırmaq idi... Bu, mənim azərbaycanlı sənətçi olaraq borcum idi... Mən aid olduğum yerdə deyiləm, mən layiq olduğum yerdəyəm. Mən tarix yazmadım, tarix mənə sahib çıxdı".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Kənan M.M Mübarizi təhqir edən azərbaycanlı qıza səsləndi: "Murdar ayaqlarınla..."

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.