Cəmiyyət

"Yaradanlar və yaşadanlar” davam edir

15 Dekabr 2018 08:38
0 Şərh     Baxış: 2 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert xalq artisti, unudulmaz müğənni Rübabə Muradovanın yaradıcılığına həsr olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbir Azərbaycan Televiziyası və Radiosunun "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Konsertdə xalq artistləri Səkinə İsmayılova - "Ay günahsız əzizim", Nəzakət Teymurova - "Unuda bilmirəm", Teyyub Aslanov - "Dumanlı Təbriz" pyesindən "Qönçələbin mahnısı", Nazpəri Dostəliyeva - "Şur" təsnifi, əməkdar artistlər Almaz Orucova - "Sevəydin barı", Arzu Əliyeva - "Nədən oldu", "İndi sevmirəm", Azərbaycan Televiziyası və Radiosunun solistləri Pərviz Qasımov - "Gəl bizə yar", Günay İmamverdiyeva -"Gecələr yuxusuz qoymusan məni" mahnılarını ifa etdilər. Konsertin son nömrəsi -"Səni qəmli görəndə " mahnısı Nazpəri Dostəliyeva, Bəyimxanım Vəliyeva və Arzu Əliyevanın birgə ifalarında səsləndi.

İfaçıları xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi.

Tədbiri əməkdar artist Rəşad İlyasov aparırdı.

Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi.

Xatırladırıq ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik, etnik və caz musiqisinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

Dekabrın 18-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadənin yaradıcılığına həsr olunmuş konsert keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.