Cəmiyyət

Flora Kərimovadan seviləsi qadın olmağın ƏSAS SİRRİ: Qorxmamışam ki, kimsə məni ata bilər

14 Dekabr 2018 20:09
6 Şərh     Baxış: 4 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yaxınlarda tamaşaçıların qarşısına "Qayınana 2" filmində Canan obrazı ilə çıxmağa hazırlaşan Xalq artisti Flora Kərimova publika.az-ın suallarına cavab verib.

Milli.Az bildirir ki, güclü qadın olduğunu vurğulayan sənətkar etiraf edib ki, ləyaqətini itirmək ən böyük qorxusudur. Xalq artistinin sözlərinə görə, özünə hörmət edən xanım heç bir halda həyat yoldaşının istər psixoloji, istərsə də fiziki təzyiqlərinə dözməli deyil.

- Peşmanam ki...

- Keçmişin peşmançılığını çəkməmişəm. Çünki o peşmançılığın nəticəsi ola bilməz, alınan geri qayıtmır. Ən böyük qayğım ləyaqətimi itirməməkdir. Bunu qoruyub-saxlamaqsa insandan ilahi bir qüvvə tələb edir, çox çətindir.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Kişilər bütün qadınlara xəyanət edir, onların gözü doymur. Ancaq kişilər bütün qadınlara eyni qiyməti vermir, onlar yaxşını pisdən ayırmağı bacarır.

- Seviləsi qadın olmağın əsas sirri...

- Bu, təbiətin mükafatıdır. Sevilmək naxışın və qabiliyyətin ya var, ya da yoxdur.

- Qadınlar göz yaşını ona görə gizlədir ki...

- Üzünə axan yaşlara kiminsə şahidi olmasını zəiflik kimi qəbul edirlər. Lakin boğazda düyünlənib qalan qəhər insana göz yaşından daha çox əziyyət verir.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Təklik yox, tənhalıq isə lənətdir. Bir var öz qismətinlə, bir də var ki, sənə qarşı yönələn nifrətin altında qalıb əzilirsən. Sənə o qədər nifrət edirlər ki, bu duyğu sənə özünü həm tənha, həm də tək hiss etdirir.

Cəmiyyətin qarşısında zəif nöqtəm yoxdur, özümü mühafizə edə bilirəm, ailədə də övladlarımdan həmişə sevgi və sayğı görmüşəm. İtirməkdən və tək qalmaqdan qorxan xanımlardan deyiləm, heç vaxt da olmamışam. Qorxmamışam ki, kimsə məni ata və ya mənimlə kobud rəftar edə bilər. Daxilən özümü hələ də qüdrətli və sarsılmaz hiss edirəm.

- Unuda bilmədiyim insana demək istərdim ki...

- Belə bir situasiyaya düşməmişəm.

- Qadına qarşı şiddət...

- Qadının lap 15 uşağı olsa da, ərinin zorkalığına, şiddətinə dözməli deyil. Ərinin zülmlərinə övladlarının xətrinə dözdüyünü deyən qadın yalan danışır. Bədəninə köləlik ruhu hopmayan insan heç bir halda ərinin dəyənəyi altında yaşamağa razı olmaz. Heç kimin qarşısında kölə olmayın! Yadda saxlayın ki, qeyri-sağlam ailə mühitində tərbiyəli övlad böyütmək mümkün deyil. Tərbiyə olmayan ailədə böyütdüyün övladdan da tərbiyəsizlik görürsən.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Partlayıram, hər sözü üzə deyirəm.

- İlahi ədalətə inancımı o zaman itirdim ki...

- Ədalətə inamım yoxdur.

- Mənə qarşı edilən ən böyük ədalətsizlik o olub ki...

- Çoxdur, barmaqla saymaq mümkün deyil. Ömür boyu haqsızlıqla mübarizədəyəm. Bəzən çox yorulub gücdən düşürəm, lakin yenə də məğlub olmuram.

- O zaman düşünmədən riskə gedirəm ki...

- Risk etmirəm, addımlayıram.

- Prinsiplərimin üstündən o zaman xətt çəkmişəm ki...

- Bu heç vaxt baş verməyib, birsimalı adamam. Düşünürəm ki, arzularına, dəyərlərinə və mübarizəsinə sərhəd qoyan insan qalib ola bilməz.

- Yaxşı gündə, pis gündə...

- Yaxşı gündə pis günün qorxusu ilə yaşayıram.

- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik. Fikirlərinizi öyrənmək maraqlı oldu.

- Minnətdaram. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.