Cəmiyyət

Göz quruluğu sindromu

14 Dekabr 2018 19:55
0 Şərh     Baxış: 1 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oftalmoloqlar bu xəstəliyə "ofis sindromu" deyirlər. Kompüter qarşısında, havasız, bağlı otaqda çox oturmaq göz suyunu qurudur. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, gözdə qum varmış kimi hiss etmək, qızartı quruluğun əlamətləridir.
 
Əgər xəstəliyin üstünə düşüb, vaxtında müalicə etməsən tezliklə əməliyyat masasına uzunmalı olacaqsan.

Nə etməli?

Hər 45 dəqiqədən bir fasilə vermək lazımdır. Bu hərəkətləri etmək gözdəki yorğunluğu atmağa kömək olacaq:

1. Əvvəlcə uzaq bir yerə, sonra burnunun ucuna bax.

2. Yuxarı aşağı, sonra sağa-sola bax. 

3. Gözlərini yum, yavaşca barmağınla ovuşdur. Bu qan dövranını yaxşılaşdırır.

4. Gözünü qəfildən yumub aç.

Məlhəm: 2 xörək qaşığı suya yarım çay qaşığı bal töküb qarışdır. Bu məlhəmdən gündə iki dəfə 2 damcı gözə tök.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.