Cəmiyyət

Yeni ildə sevdiklərimizə nə hədiyyə edək? - SEÇİM

14 Dekabr 2018 21:09
1 Şərh     Baxış: 2 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni ili qarşılamağımıza az qalıb. Bir çox insanlarda "Yeni ili harada, necə keçirək, nə hədiyyə alaq" kimi düşüncələr var.

Yeni ilə sevginizi paylaşaraq girmək istəyirsiniz, amma sevdiklərinizə nə hədiyyə alacağınıza qərar verə bilmirsiniz? 

Milli.Az oxu.az-a istinadən Yeni ildə sevdiklərinizə ala biləcəyiniz hədiyyələri təqdim edir:

Qızıl boyunbağı 

Sevdiklərinizə qızıl üzük, klon və boyunbağı ilə sürpriz edə bilərsiniz. 

Qış geyimləri

Qış mövsümü olduğu üçün Yeni il hədiyyəsi olaraq dəri əlcək, şərf, papaq kimi aksesuarları hədiyyə etmək düzgün seçim olar.

Şirniyyat

Şokolad və şirniyyata "yox" deyən insan az tapılar. Yeni ildə gözəl şokoladlar seçib bir qutuda yerləşdirərək sevdiklərinizə verə bilərsiniz. 

Kitab və gündəlik 

Büdcənizə zərər vermədən ala biləcəyiniz hədiyyələr sırasındadır. Əgər oxumağı və yazmağı sevən bir tanışınız varsa, bu hədiyyələr onlara uyğundur.

Ətir

Hər bir insan ətri sevir. Ətir yaxşı hədiyyə ideyalarından biridir. Ailənizə, yaxınlarınıza, sevgilinizə ətir vermək gözəl hədiyyə ola bilər. 

Çərçivə və fotoalbom

Bu iki hədiyyə həm ucuzdur, həm də sevdiklərinizi sevindirə bilər. Əgər az da olsa, əl bacarığınız varsa, bu hədiyyələri özünüz hazırlaya bilərsiniz.

Pul qabı və pul qutusu 

Sevdiklərinizə bu cür hədiyyə vermək pis olmaz. Hər kəs pul qutusu görən kimi pul yığmaq həvəsinə düşür. Odur ki, sevdiklərinizi belə kiçik bir hədiyyə ilə sevindirə bilərsiniz.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.