Cəmiyyət

Azərbaycanda ər ona xəyanət edən arvadının Votsap səsini yaydı: "Pivə alıb sizə gəlirəm" - VİDEO

14 Dekabr 2018 13:00
14 Şərh     Baxış: 6 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabadın Günəşli kəndində qadın ərinə xəyanət edib.

Milli.Az a24.az-a istinadla xəbər verir ki, bu barədə kənd sakini İbrahim bəy Space TV-də yayımlanan "Gəl, dərdini danış" verilişində məlumat verib. Ər həyat yoldaşının başqa kişi ilə olan danışıqlarının səs yazısını efirdə təqdim edib.

Kənd sakini daş karxanasında işlədiyini və bir həftə işdə, bir həftə evdə olduğunu bildirib. O, hələ bir il əvvəl arvadının ona xəyanət etdiyini bildiyini, lakin onu bağışladığını söyləyib.

"Telefon danışıqlarını tutmuşdum. 3 uşağımın xətrinə bağışladım ki, onların həyatını puç etməyim. Sən demə, sonradan başqası ilə görüşməyə başlayıb. Bu oğlan onun iş yoldaşı idi. Bildim ki, bunlar Masallıda otelə gediblər. Soyuducunun üstündə telefon kartı tapdım. Öz telefonuma taxanda, mesajları, səs yazılarını gördüm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.