Cəmiyyət

"Zəbt ediblər" - "Yolkəsən" obyektlər - VİDEO - FOTO

13 Dekabr 2018 13:14
0 Şərh     Baxış: 1 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın müxtəlif ərazilərində piyada səkilərini kafe, restoran və digər obyektlər zəbt edib. Bu isə piyadaların təhlükəsiz və rahat hərəkətinə mane olur. Halbuki bu qanuna ziddir.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Ərşad Hüseynov - ekspert: "Əgər səki yoxdursa, piyada məcbur olacaq hərəkət hissəsi ilə gedə və belə olan halda sürücülər üçün problem yaranır. Piyadanın başı qarışır çıxır hərəkət hissəsinin bir az içərilərinə. Birdə görürsən avtomobil bunu vurdu. Movcud standartlara uyğun olaraq. Heç olmasa 1 metr 20 santimetrlik və ondan böyük səkilər olmalıdır".

Amma görünür, əksər obyekt sahibləri bu qaydalardan ya xəbərsizdir, ya da ki əhəmiyyət vermirlər.

Cahid Həsənov - Memar: "Səkilərdə tamamilə gediş-gəlişi məhdudlaşdırır. Biz maşınlardan gördüyümüz, vərdiş etdiyimiz tıxaclar artıq bu gün Bakı şəhərindəki səkilərdə piyadalar arasında baş verir".

Sakin: "Zəbt ediblər. Hamısı tikinti materiallarıdır".

Ərşad Hüseynov - Ekspert: "Piyada səkilərinin zəbt olunmasına görə, fiziki şəxslər 80 manatdan 100 manata qədər cərimə oluna bilər. Bunu fərdi sahibkar edərsə, 400 manatdan 500 manata qədər cərimə oluna bilər. Bunu hüquqi şəxs edərsə, 3000 manatdan 4000 manata qədər cərimə oluna bilər".

Ekspertlərin sözlərinə görə, paytaxt ərazisində mövcud səkilərin qorunub saxlanması işini dövlət yol polisi və BNA birgə həyata keçirməlidir. BNA-dan isə bildirildi ki, qurum bir müddətdir ki, mövcud problemin həlli üçün tədbirlərin görülməsinə başlayıb. Əsas məqsəd küçələrin piyadaların hərəkəti üçün uyğun hala gətirilməsidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Zəbt ediblər" -

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.