Cəmiyyət

Azərbaycanda 200 ildə 418 vulkan püskürüb - İlk dəfə 1810-cu ildə

13 Dekabr 2018 08:06
0 Şərh     Baxış: 1 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ilk vulkan püskürməsi 1810-cu ildə Xəzərdə qeydə alınıb. Ötən 200 il ərzində Azərbaycanda (həm quru sahədə, həm də Xəzərin Azərbaycan sektorunda) 93 vulkanda 418 püskürmə olub.

Milli.Az bildirir ki, bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda 353 vulkan var ki, onun 200-ü quru sahədədir. Quru sahədə olan vulkanların 60 faizi püskürmür:

"Çünki adətən püskürmələr arasında vulkanın krater sahəsində mikroform qrupu yaranaraq Yer səthinə arasıkəsilmədən qaz, su, palçıq, lehmə çıxır. Bu prosesin aktiv getdiyi ərazilərdə vulkan daha püskürmür, çünki enerji artıq çıxarılır. Nadir hallarda bəzi vulkanların qrifon-salza fəaliyyəti çox zəif olduqda püskürmə baş verir. Məsələn, Qobustandakı Şıxzərli vulkanı hər 2-3 ildən bir püskürür".

A.Əliyev vurğulayıb ki, Abşeron yarımadasında - Binəqədi qəsəbəsinin yaxınlığındakı Keyrəki, Lökbatan qəsəbəsinin yaxınlığındakı Lökbatan, Şamaxı-Qobustan bölgəsində Quşçu, Şıxzərli vulkanları tez-tez püskürür: "Digər vulkanlar isə müxtəlif intervallarla 5-10 ildən, bəziləri 25 ildən sonra püskürürlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.