Cəmiyyət

Hacıqabulda maşın aşıb, bir ailənin 4 üzvü xəsarət alıb

11 Dekabr 2018 22:43
0 Şərh     Baxış: 1 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabul rayonunun Udulu qəsəbəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, Salyan rayonunun 1991-ci il təvəllüdlü Qaraçala kənd sakini Əliyev İsgəndər Məzahim oğlunun idarə etdiyi "VAZ- 21074" markalı "10-OF-694" dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə srücü və avtomobildə olan ailənin digər üzvləri - 1964-cü il təvəllüdlü Əliyev Səməd Bağı oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Süsən Məzahimqızı və 1991-ci il təvəllüdlü Əliyeva Hüsniyyə Balahəsən qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Hacıqabul rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Bundan əvvəl Ucarda dumanlı hava şəraiti qəzaya səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.