Cəmiyyət

Mədəniyyət nazirinin müavini YUNESKO Komitəsinin sessiyasında iştirak edir - FOTO

11 Dekabr 2018 21:29
0 Şərh     Baxış: 2 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın paytaxtı Paris şəhərində YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası öz işinə başlayıb.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən xəbərə gröə, sessiyada mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya 20 oktyabr 2005-ci il tarixində qəbul olunub. Sözügedən konvensiyanın qəbul edilməsi ilə beynəlxalq ictimaiyyət rəsmi olaraq incəsənət nümayəndələri və mədəniyyət sahəsi üzrə mütəxəssislər tərəfindən formalaşdırılan müasir mədəni özünüifadənin ikili xarakterini, yəni mədəni və iqtisadi dəyərini tanımış olub.

Mədəniyyət məhsulları və xidmətlərinin yaradılması, istehsalı, paylanması və onların əldə edilməsini dəstəkləyən siyasət və tədbirlərin formalaşdırılması və həyata keçirilməsini əks etdirən konvensiya yaradıcı iqtisadiyyatın mərkəzində dayanır. Azərbaycan Respublikası 2010-cu ildən konvensiyaya üzvdür.

2018-ci ilin 11-14 dekabr tarixində "Createl 2030" adı altında keçirilən sessiya çərçivəsində yaradıcılığın Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinə töhfəsi, o cümlədən süni intellektin yaradıcılığa təsiri, bədii azadlığa təhdidlər, qadın sahibkarların mədəniyyət sənayelərində rolu və digər əlaqədar mövzularla bağlı fikir mübadiləsi nəzərdə tutulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.