Cəmiyyət

Gürcüstanda mer əlil azərbaycanlı gəncin arzusunu yerinə yetirib - FOTO

10 Dekabr 2018 21:12
0 Şərh     Baxış: 1 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun meri David Şerazadişvili rayonun Naxiduri kəndinin 18 yaşlı fiziki məhdudiyyətli sakini Leyla İsmayılovanın arzusunu yerinə yetirib.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Bolnisi rayon bələdiyyəsi məlumat yayıb.

L.İsmayılova bir neçə ay öncə kənddə sosial təminatsız və məhdud fiziki imkanlı qadınlarla bağlı keçirilmiş görüşdə şəxsi kompüterinin olmasını arzu etdiyini bildirib. O, noutbukun onun cəmiyyətə inteqrasiyasına və daha fəal olmasına kömək edəcəyini deyib.

D.Şerazadişvili bu gün L.İsmayılovanın yaşadığı evə baş çəkib və gəncə noutbuk hədiyyə edib.

Bolnisi rayon bələdiyyəsi L.İsmayılovanın ailəsinin vəziyyətini daim diqqət mərkəzində saxladığını qeyd edib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.