Cəmiyyət

Kolumbiyada ölkəmiz barədə sənədli filmin hazırlanması arzusu bildirilib - FOTO

10 Dekabr 2018 08:40
0 Şərh     Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 8-də Azərbaycanın Boqotadakı səfirliyi Kolumbiyanın "ColPrensa", "Caracol", "El Tiempo", "Diariolaeconomia", "La semana" və digər nüfuzlu kütləvi informasiya vasitələrinin təmsilçiləri, eyni zamanda radio və televiziya aparıcıları ilə görüş keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə müvəqqəti işlər vəkili Həmid Zeynalov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi barədə, həmçinin ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri, turizm sahəsində əldə etdiyi nailiyyətlər, mövcud turizm marşrutları haqqında ətraflı məlumat verib, Azərbaycanın mədəni turizm potensialını və mətbəxini əks etdirən broşürlar tədbir iştirakçılarına paylanılıb.

Tədbirin davamı olaraq KİV nümayəndələrinə nümayış edilmiş "Hidden Cities Revealed: Baku" və "Objetivo Baku" sənədli filmlər böyük maraq ilə izlənilib, televiziya təmsilçiləri ölkəmiz barədə sənədli filmin hazırlanması arzusunu bildiriblər. Daha sonra iştirakçılar milli mətbəximizin ləziz nümunələrini ilə tanış olublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.