Cəmiyyət

Polis reyd keçirdi, 100-dən çox sürücü saxlanıldı - FOTO

9 Dekabr 2018 17:35
0 Şərh     Baxış: 1 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Yol Polisinin (DYP) əməkdaşları Mingəçevirdə reyd keçirib.

Milli.Az report-a istinadən bildirir ki, ötən gün səhər saatlarından axşamadək davam edən reyd zamanı DYP əməkdaşları müxtəlif istiqamətlər üzrə iş aparıb.

Öncə sərnişindaşıma ilə məşğul olan mikroavtobuslar saxlanılaraq, normadan artıq sərnişindaşıma, sürücülük vəsiqəsi, yaxud etibarnaməsi olmayan sürücülərin avtobusları idarə edib-etməməsi və digər tələblərin icrasına nəzarət həyata keçirilib. Reyd zamanı etibarnamə və tibbi arayış olmadan sükan arxasına əyləşən sürücülər aşkarlanıb. Onlar müxtəlif bəhanələrlə hadisə yerindən uzaqlaşmağa və ya məsuliyyətdən yayınmağa cəhd göstərib.

Reyd ərzində, həmçinin yol hərəkəti qaydalarını pozaraq yollarda təhlükə yaradan velosipedçilər də saxlanılıb. Onlar da öz növbəsində velosiped yollarının olmamasını bəhanə gətirərək vəziyyətdən çıxmağa çalışıb.

Günün sonuna yaxın isə təhlükəsizlik kəmərindən istifadə edilməməsi, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarəetmə halları və digər qayda pozulmaları ilə bağlı əməliyyat reydi davam etdirilib. Gün ərzində ümumilikdə 100-dən çox minik avtomobili, sərnişin avtobusunun sürücüsü və velosipedçi saxlanılaraq, 70 sürücü barədə inzibati protokollar tərtib edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.