Cəmiyyət

Azərbaycanda yeni duz yataqları açılacaq

9 Dekabr 2018 15:43
Baxış: 2 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun ərazisində Böyükduz dağ yatağında yeni yataqların açılmasına yönləndirilmiş işlərə başlamaq planlaşdırılır.

Milli.Az bildirir ki, bu barədə Trend-ə "Naxçıvan Duz İstehsalı" MMC-nin direktoru Anar Əsədullayev bildirib.

Direktorun sözlərinə görə, işlərə gələn ildən başlamaq planlaşdırılır: "İşlərin dəqiq olaraq hansı ay başlayacağını söyləmək çətindir, hər şey hazırda mütəxəssislər tərəfindən dağlıq duz yatağı ərazisində aparılan tədqiqatların nəticələrindən asılı olacaq".

O bildirib ki, MMC-nin orta müddətli planlarına Naxçıvan duzunun satışı üzrə yeni mərkəzlərin açılışı daxildir: "Satışların əsas mərkəzi Bərdədə yerləşir, amma biz, həmçinin yaxın yarım ildə satış nöqtələrinin şəbəkəsini genişləndirməyi planlaşdırırıq. Hesablamalarımıza görə, belə mərkəzlərin daha çox Azərbaycanın şimal və cənub regionlarında açılması gözlənilir".

Qeyd edək ki, "Naxçıvan Duz İstehsalı" MMC xörək duzu və texniki duz istehsal edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.