Cəmiyyət

Ağdamda brakonyer saxlanılıb

8 Dekabr 2018 19:32
1 Şərh     Baxış: 354

Ağdam sakini qanunsuz ov etdiyi üçün saxlanılıb.

Milli.Az bildirir ki, bu haqqda DİN-dən məlumat verilib. Dekabrın 7-də Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndi ərazisində Ağdam rayon sakini Xasay Həsənov qanunsuz ov etdiyi üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan "İJ-16" markalı ov tüfəngi və 7 ədəd çöl quşu götürülüb.

X.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının kobud şəkildə pozulmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    gul · 8 Dekabr 19:5900

    ele insanlardan ovladigi heyvanlarin yenisini boyutmek ucun aliment alinib heyvanlarin mudafie fonduna kocurtmek lazimdir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.