Cəmiyyət

"Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır" - Deputatdan etiraz

8 Dekabr 2018 19:19
Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yolların salınmasına kifayət qədər böyük vəsait xərclənib və xərclənməkdədir. Ancaq təəssüf ki, biz bu yolların tez bir zamanda sıradan çıxdığının şahidi oluruq. Burada əlbəttə, kimlərinsə işinə, yəni yol salınmasına məsuliyyətsiz yanaşması səbəb ola bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu millət vəkili Əflatun Amaşov deyib.

Bu yöndə fikirlərini parlamentdəki çıxışında da dilə gətirdiyini deyən millət vəkilinin sözlərinə görə, məsuliyyətsizliyin digər tərəfi də var.

"Yəqin ki, yollarda iri tonnajlı maşınların hərəkət etdiyinin şahidi olmusunuz. Bakı-Qazax avtomobil yoluna diqqət yetirin.

Yolun elə hissələləri var ki, sağ zolaq bərbad haldadır. Hamısı həmin iri tonnajlı yük avtomobillərinə görədir.

Onlara nəzərdə tutulduğundan artıq yük vurulur.

Bu da böyük vəsaitlər xərcləyərək saldığımız yolların tez bir zamanda sıradan çıxmasına səbəb olur.

Eyni vəziyyət Saatlıdan İmişliyə gedən Musalı-Məzrəli yolu üçün də xarakterikdir.

Qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq orada ciddi problemlər yaranıb..." - deyə, millət vəkili bu kimi halların aradan qaldırılmasının vacibliyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.