Cəmiyyət

Bakının bir hissəsi niyə qazsız qalıb? - SƏBƏB

8 Dekabr 2018 12:39
1 Şərh     Baxış: 1 125

Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində təbii qazın verilişində məhdudiyyət yaranıb.

Sakinlər bildirib ki, iki həftədir ki, gündüzlər təbii qazın veriləməsində uzun müddətli fasilə yaranır.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev oxu.az-a açıqlamasında bildirib ki, hazırda Dadaş Bünyadzadə küçəsində  təbii qazın verilişində məhdudiyyət yoxdur:

"Həmin ərazidə dünən qaz olmayıb. Buna səbəb də ərazidə yolun genişləndirilməsi işləri aparılır. Bizim qurum tərəfindən qaz xəttinin yeri dəyişdirilib, buna görə də dünən orada təbii qazın verilməsində qısa müddətli fasilə olub".

İbrahim Kərbəlayev qeyd edib ki, təbii qazın təzyiqlə bağlı hansısa binada və fərdi yaşayış evində problem varsa, vətəndaşlar qaynar xəttimizə müraciət etsinlər:

"Əməkdaşlarımız tərəfindən əraziyə baxış keçirilib, tənzimləmə işləri aparılacaq".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Bag Adami · 8 Dekabr 16:1720

    Novxani bag massivinde qaz yoxdur, İbrahim Kərbəlayev qeyd edib ki, təbii qazın təzyiqlə bağlı hansısa binada və fərdi yaşayış evində problem varsa, vətəndaşlar qaynar xəttimizə müraciət etsinlər: Edirik Ibrahim bey, ancaq cavab verseler yaxshi olar. Butun gunu musiqiye qulaq asiriq telefonda. Teshekkurler Milli.az

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.