Cəmiyyət

Sumqayıtda süpürgəçini qonşu qadın bıçaqladı - FOTO

8 Dekabr 2018 08:10
0 Şərh     Baxış: 1 051

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə şəhərin 12 saylı yataqxanasında baş verib.

Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Səfərova Yeganə Qulu qızı yaşadığı 12 saylı yataqxanada qapı qonşusu olan qadın tərəfindən əvvəlcə döyülüb, daha sonra isə əlindən bıçaqlanıb. Obyektlərin birində süpürgəçi işləyən zərərçəkmiş bildirib ki, hadisəyə qonşusunun ondan xoşu gəlməməsi səbəb olub.

Yaralı dərhal xəstəxaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Biləsuvarda 27 yaşlı gənc bıçaqlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.