Cəmiyyət

Bakıda “Future Stars 2018” musiqi festivalı başlandı - FOTO

8 Dekabr 2018 08:08
0 Şərh     Baxış: 971

Dekabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbi və Gürcüstanın İncəsənət Xadimlər Birliyinin birgə təşkilatçılığı ilə "Future Stars 2018" ("Gələcəyin ulduzları") IX Beynəlxalq Klassik Musiqi Festivalının açılışı keçirildi.

Milli.Az bildirir ki, tədbirin əvvəlində Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Festivalı açan Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, xalq artisti Teymur Göyçayev qonaqları salamlayaraq onları yenidən Azərbaycanda görməyinə çox şad olduğunu bildirdi.

Ondan sonra çıxış edən Gürcüstanın İncəsənət Xadimlər Birliyinin rəhbəri Nino Kupatadze festivalın 3-cü dəfə Bakıda keçirilməyindən məmnun olduğunu və iki ölkə arasında əməkdaşlıq sayəsində neçə-neçə gənc ulduzların üzə çıxmasını bildirərək iştirakçılara uğurlar arzuladı.

Sonrakı konsert proqramında Beynəlxalq müsabiqələr laureatı, Tbilisi dövlət konservatoriyasının professoru, Gürcüstanın əməkdar artisti Nino Kutatadze və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri çıxış etdilər.

Müsabiqə dekabrın 6-dan 9-dək davam edəcək.

Festivalın yekun konserti və müsabiqə qaliblərinin mükafatlandırılması dekabrın 9-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.