Cəmiyyət

Avtobus qəzasının ilkin səbəbi açıqlanıb

7 Dekabr 2018 22:06
1 Şərh     Baxış: 1 342

Bakı Nəqliyyat Agentliyi (BNA) bir qədər əvvəl Xocahəsən qəsəbəsində baş verən qəzanın ilkin səbəbini açıqlayıb.

"Bir qədər əvvəl Bakı-Sumqayıt yolunda 20 yanvar dairəsi istiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-174" DQN-lı avtobus qəzaya uğrayıb. Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerinə yollanıb", - deyə Milli.Az-a Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, ilkin araşdırmalar nəticəsində və şahidlərin bildirdiyinə görə, hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib: "Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Aga · 7 Dekabr 23:3900

    ilkin sebeb aftobus woferlerinin bezpontoviy olmalaridir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.