Cəmiyyət

Nə üçün düyü yeməliyik? - DAHA BİR TƏSİRİ

7 Dekabr 2018 21:31
9 Şərh     Baxış: 3 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparılan araşdırmalar göstərib ki, gündə yarım stəkan bişmiş yağsız düyü yemək orqanizm üçün çox faydalıdır.

Milli.Az xəbər verir ki, düyü bədənin gündəlik fol turşusu və B vitamini ehtiyacının 23 faizini qarşılayır. Bu sayədə hüceyrələrin yenilənməsinə yardım edir. Ehtiva etdiyi 15 növdən çox vitamin, mineral və faydalı antioksidantlar sayəsində düyü bədəni enerji ilə təmin edən əsl qida anbarıdır. Xüsusən son illərdə fol turşusu, kalium, maqnezium, selen, lif, dəmir və sink tərkibinə görə düyü pəhriz reseptlərinə daxil edilməyə başlanıb.

Aparılan bir araşdırma nəticəsində fol turşusunun, həmçinin ürək-damar sağlamlığı və anadangəlmə ürək narahatlıqlarının müalicəsi üçün effektli olduğu üzə çıxıb. Düyü bədənin sağlam şəkildə qocalmasını dəstəkləyir.

Bundan başqa, bədənin yavaş-yavaş həzm etdiyi kompleks karbonhidrat serotonin hormonlarının ifraz olunmasını təmin edir və bədəni gümrah saxlayır, eləcə də iştahanı nəzarət altında saxlayır. //publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.