Cəmiyyət

Nazir Fəxrəddin Manafovla bağlı göstəriş verdi - VİDEO

6 Dekabr 2018 23:49
6 Şərh     Baxış: 13 333

Ötən gündən xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından ayrılması haqda rəsmi açıqlaması ciddi rezonans doğurub.

Milli.Az əbər verir ki, Mədəniyyət Nazirliyi məsələyə dərhal reaksiya verib və artıq araşdırılma aparıldığını bildirib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib ki, F.Manafovun Azərbaycan Dövlət Rus Dram Teatrında yaradıcılıq fəaliyyətini dayandırması barədə xəbər onlar üçün çox gözlənilməz olub.

Şöbə müdiri əlavə edib ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi F.Manafovun mətbuatda yayılan bəyanatı ilə tanış olduqdan sonra dərhal məsələnin araşdırılması ilə bağlı göstəriş verib.

Məsələyə Rus Dram Teatrının direktoru Ədalət Hacıyev də münasibət bildirib və Fəxrəddin Manafovu yüksək dəyərləndirdiyini, onun bütün şərtlərinin yerinə yetiriləcəyini qeyd edib.

Real TV-nin mövzu ilə daha ətraflı süjetini təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Nazir Fəxrəddin Manafovla bağlı göstəriş verdi

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    sura · 7 Dekabr 00:14130

    Gerek bu hedde catdiraydilar, Olmazdi ki,vaxtinda lazimi tedbirler goruleydi.

    Cavab yaz
  • Anonim
    cavab · 7 Dekabr 10:1342

    rus dram teatrinda hemise bele neqativ hallar varFuad poladova da bele edib bezdirdiler Bir nece aktyorlarimiz incidilib orda Buna niye son qoyan yoxdu

    Cavab yaz
  • Anonim
    Azərkeş. · 7 Dekabr 12:4650

    Aktyorların maaşları cox aşağıdır.

    Cavab yaz
  • Anonim
    Təhlükəsiz · 7 Dekabr 12:4860

    Fəxrədin Manafov gözəl aktyordur.

    Cavab yaz
  • Anonim
    adil · 7 Dekabr 13:0930

    Direktor Brilliant Dadaşovanın əridi

    Cavab yaz
  • Anonim
    tamawaci · 7 Dekabr 21:4620

    Fuad Poladov Azdramadan getdi, Fexreddin Manafov Rus Dramasindan- medeniyyetimiz hara gedir? Dahileri teatrlardan kusdururler, meydan qalir ciliz " aktyorcuqlarin" ohdesine ve wit tamawalar, soyuwler baw alib gedir. Beyem Medeniyyet nazirliyi teatrlarda baw alib geden ozbawnaliqdan xebersizdir, bilmir ki, teatrlarda vezifede " aile podrati" dir? Ve onlar kimden xowu gelmirse tezlikle iwden azad edirler, yaziq aktyorlar, texniki iwciler iwsizliyin baw alib geden vaxti bir tike coreklerini itirmesinler deye, cooox weye dozmeye mecbur olurlar....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.