Cəmiyyət

Ağcabədidə 17 baş xırda buynuzlu heyvan oğurlanıb - FOTO

6 Dekabr 2018 23:02
0 Şərh     Baxış: 762

Ağcabədi rayonunda oğurluq hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun Avşar kəndində Elnur Bağırovun şəxsi təsərrüfatından oğurluq edilib.

Naməlum şəxs və ya şəxslər gecə saatlarında tövləyə girərək, 17 baş xırda buynuzlu heyvanı aparıblar. Bununla da ona 3 min manata qədər maddi ziyan dəyib.

E.Bağırov hadisə ilə bağlı Ağcabədi rayon Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları oğurluq etmiş şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Təsərrüfat sahibinin sözlərinə görə, bu, son bir ayda kənddə baş verən növbəti oğurluq hadisələrindən biridir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.