Cəmiyyət

Məhəllələri parkinqə çevirənlər - VİDEO - FOTO

6 Dekabr 2018 13:47
0 Şərh     Baxış: 835

Milli.Az bildirir ki, ARB TV- nin əməkdaşları "parkovşik"lərin "fəaliyyətini" araşdırıb.

Sakin: "Düzgün deyil, sakinlər gəlir, saxlamağa yer yoxdur. Gedib başqa yerdə saxlayırıq".

Sakin: "Çətinliyimiz ondan ibarətdir ki, maşını saxlamağa yer tapmırıq. Məcburən ya bardyurun üzərinə çıxırıq, ya da qadağan edilən yerdə saxlayırıq. Polis də gəlib cərimələyir. Bura heç kimin şəxsi yeri deyil, bizim burada saxlamağa haqqımız var".

Söhbət Bakının əksər küçələrində, evlərin qarşısında, harada gəldi salınan və günü-gündən çoxalan qeyri-qanuni parklanma yerlərindən gedir. İş o yerə gəlib ki, bina sakinləri öz avtomobillərini həyətyanı sahələrində saxlamağa yer tapa bilmir. Bu səbəbdən bir çox məhəllələrdə zəncir və digər vasitələrlə özünə yer ayırmağa məcbur qalan sürücülər də var.

Ərşad Hüseynli - Ekspert: "Yaşayış əraziləri heç kəsin mülkiyyətinə verilə bilməz. Ümumi istifadə üçün açıq olmalıdır. "Yol Hərəkəti Haqqında Qanun"un 53-cü maddəsində konkret qeyd edilib ki, əgər parklanma yerləri yaradılırsa, o yerlərdə hansısa bir yer rezervasiya edilə bilməz. Bu qanunsuzdur".

Bəs qanunlara məhəl qoymayıb, məhlədaxili əraziləri parkinqə çevirən şəxslər kimlərdir?

Nəzarətçi: "Mən heç yeri zəbt etməmişəm. Gələn maşınları tənzimləyirəm ki, sakinlər rahat keçsinlər".

Ərşad Hüseynli - Ekspert: "Həmin ərazi kimin balansındadırsa, o nəzarət etməlidir ki, özbaşınaçılıq olmasın. Yerli icra orqanları, polisin digər xidmətləri bu işlə məşğul olmalıdır".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, eləcə də Bakı Nəqliyyat Agentliyi təsdiq edir ki, məhlələrdəki "parkinq" nəzarətçilərinin fəaliyyəti qanunsuzdur.

Sakinlərin özləri üçün müxtəlif yollarla özlərinə yer ayırmasına gəlincə, bu da qəbuledilməzdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məhəllələri parkinqə çevirənlər

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.