Cəmiyyət

Bakı sakinləri təbii məhsualları seçir - SORĞU

28 Noyabr 2018 20:10
0 Şərh     Baxış: 1 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

GMO - geni modifikasiya olunmuş orqanizmlərə verilmiş addır. Bu orqanizmlərə virus, bakteriya, bitki, heyvan, hətta insan hüceyrəsi aid ola bilər. Burada məqsəd bir cinsdə olan bir özəlliyin digər cinsə də ötürülməsidir. Çünki alınan yeni cins məhsul soyuğa, həşəratlara və gəmiricilərə davamlı olur. Bu səbəbdən məhsulda itki aşağı, məhsuldarlıq isə yüksək olur. Ancaq bu cür məhsulların insan orqanizminə zərərli olması artıq araşdırmalar nəticəsində sübut olunub.

Bakı sakinlərinin GMO haqqında məlumatlılıq səviyyəsi, demək olar ki, eynidir. Bu qənaətə "ACT Azərbaycan" paytaxt sakinləri arasında keçirdiyi sorğu nəticəsində gəlib.

Milli.Az xəbər verir ki, Bakıda zərərli məhsullar barədə eşidənlər (49%) eşitməyənlərə (46 %) nisbətən çoxdur. 5% respondent GMO haqqında özünü qismən məlumatlı sayır.

Respondentlərin böyük qismi alış zamanı, əsasən, təbii məhsullara önəm verir (88%). Aldığı məhsulun təbii və ya GMO olmasının heç bir fərqinə varmayanlar da az deyil (10%). 2% respondent isə hansı məhsulu almasından, ümumiyyətlə, xəbərsizdir.

Sorğu 2-7 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.