Cəmiyyət

Günün qoroskopu: Enerjiniz yalnız bir istiqamətdə olmamalıdır

9 Dekabr 2018 00:01
46 Şərh     Baxış: 5 774

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - günün ilk yarısında maliyyə məsələləri ön plana çıxacaq. Bir qədər əvvəl xərcləriniz çox olduğundan gəlirləri artırmaq zamanıdır. İndi yeni işlərə başlamaq üçün ən yaxşı zaman olmasa da, əlavə gəlir mənbəyi arayın.
 

Günün ikinci yarısında ideyalarınızı reallaşdırmaq üçün əlverişli imkanlar arayın.

Situasiyanı nəzərə alın. Belədə ailə üzvlərinizin yaxın gələcəklə bağlı nigaranlıqları yaranmaz. Axşam saatlarını sevdiyiniz insanla gəzintiyə həsr edin.

Buğa - yaşanan situasiyaya diqqət yetirin. Naqolay vəziyyətə düşməmək üçün sayıq və sərvaxt davranın. Gördüyünüz işi diqqətlə yoxlayın. Dəqiq hesablamalar və mühüm sənədlərlə çalışanda diqqətiniz mənasız nəsnələrə yayınmasın. Əks təqdirdə ağır fəsadlı səhvlər istisna deyil.

Günün ikinci yarısında yaxınlarınızdan biri ilə bağlı narahatlığınız əsassız deyil. Ailə üzvlərinizdən biri problemlərindən danışmağa çəkinir. Aşkar danışsanız, ailədəki ab-hava yaxşılaşar.

Əkizlər - günün ilk yarısında tərəfdaş və ya şəriklə iş böyük məsuliyyət tələb edir. Yardım üçün təcrübəli, bacarıqlı insanlara müraciət edin. İşlərinizi uğurlu məcraya salmağa çalışın. Yeni işlərə başlamayın.

Günün ikinci yarısında fərqli layihəyə başlamaq üçün görüş təyin etməyin.

Qohumlarla təmaslar sahəsində qərarların qəbulunda müstəqillik istəyiniz münasibətlərdə çətinliklər yaradacaq. Üstəlik, lider mövqeyini laxlatmaq istəyəcəklər.

Xərçəng - daha aktiv işləmək bəzi məsələlərə yenidən baxmaq və müəyyən işləri yenidən görmək istəyi yaratsa da, təmkinli olun. Bütün işlərə vaxt, enerji və ya imkan çatdıra bilməzsiniz. Şərait ilk baxışdan uğurlu təsir bağışlasa da, genişmiqyaslı layihəni ertələyin.

Günün ikinci yarısında ifrat yorğunluq hissi yaranmasın deyə emosional olmayın, bütün hədəflərə çatmağa can atmayın. Bütün diqqəti bir işə yönəldin.

Problemləri səmimi müzakirə ilə çözmək mümkündür. Ailə üzvlərinizə danışmağa, fikirlərini bildirməyə imkan yaradın. Ən yüksək maneəni də dəf etmək olar. Bu minvalla mövqelərinizi daha da möhkəmləndirə bilərsiniz.

Şir - fərdiyyətçilik heç də ən effektiv metod deyil. Mövqelərinizi möhkəmləndirmək istəyirsinizsə, iradəli və qətiyyətli olun. Kənardan yardımlar olmadan, kimdənsə dəstək almadan məqsədə çata bilərsiniz. Bunun sonucu isə yorğunluq, ətrafınızdakı insanların qəzəbi və kəskin sözləri olacaq.

Günün ikinci yarısında yeni işlərə aktiv şəkildə başlamağa dəyməz. İnanmadığınız insanın yardım təkliflərini qəbul etməyin.

Yaxınlarınızla münasibətlərdəki problemlər həll olunmursa və sayı daha da artırsa, təmkinli davranın. Bezdirici münasibətlərə son qoymaq zamanıdır.

Əks halda ünsiyyətlərdə fəlakət yaşanacaq.

Qız - nüfuzlu və hadisələrə təsir imkanına malik insanların olaylara müdaxiləsi yolveriləndir. Yaranmış problemlərin öhdəsindən bu minvalla gələ bilərsiniz. Yaxın ətrafınızdakı insanları sərt tənqid etməyin. Amma tənqidlə iradlara kəskin ehtiyac yaranarsa, bunun üçün diplomatik ifadələr seçin.

Günün ikinci yarısında yeni layihə və ya işə başlamayın, bu prosesi daha əlverişli vaxtadək təxirə salın.

Az sonra müsbət təmayüllərin təsiri artacaq.

Axşam saatlarında xırda məsələlərə görə yaxınlarınızla mübahisə etməyin. Ən adi sözlər qıcığa, incikliyə səbəb ola bilər. Yorğunluq hiss edəcəksiniz.

Tərəzi - öhdəliklərinizi fasiləsiz, metodik şəkildə yerinə yetirin. Ağır fəsadlara səbəb olacaq səhvlərə yol verməyin. Yaxın ətrafınızdakı insanlarla emosional təmaslarda ola bilərsiniz. Yaxın gələcəyinizin asılı olduğu, bundan sonra sizə dəstək verə biləcək insanlarla aktiv ünsiyyətdə olun.

Günün ikinci yarısında ailədə stabil situasiya peşəkar fəaliyyətinizə müsbət təsir edə bilər. Qarşılıqlı əlaqələr möhkəmlənəcək, hisslər daha stabil olacaq. Axşam saatlarında gəzintiyə yollanmaq mümkündür.

Əqrəb - günün ilk yarısında qüvvə və imkanlarınızdan bədgümanlıq gördüyünüz işin nəticəsindən narazılıq hissi yarada bilər. Etibar etdiyiniz insanın dəstəyini almağa çalışın. Tərəfdaş və ya şəriklə söhbətdə situasiyanın təfərrüatlarını müzakirə edin.

Günün ikinci yarısında səhhətinizə fikir verin. Daha yaxşı mövqelərə layiq olduğunuzu, sürəkli ədalətsizliklə qarşılaşdığınızı düşünürsünüzsə, radikal addım atmaqdan çəkinməyin. Qətiyyətli olun. Emosiyalarınızı gizlətməyin. Amma başqalarının acığını sevdiklərinizdən çıxmayın.

Ailə üzvlərinin qəlbini qırmayın.

Oxatan - fəaliyyət sahəsini genişləndirmək, yeni sifarişlər almaq istəyirsinizsə, addımlarınızı və qərarlarınızı planlaşdırın. Yeni işə, layihəyə başlamağa dəyməz.

Yaxın ətrafınızdakı insanlardan birinin fikirləri sizdə qıcıq yarada bilər. Sakit, soyuqqanlı olun. Mübahisələrdə arqumentləri qulaqardına vurmayın.

Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan biri qərarlarınıza qəflətən etiraz etməyə başlayacaq. O, bunu açıq-aşkar yox, gizlicə edəcək. Sevdiyiniz insanla açıq söhbətə başlaya bilərsiniz.

Dəyər verdiyiniz insanın diqqətini cəlb etmək üçün ekstravaqant addımlar atmayın. 

Oğlaq - günün ilk yarısında işləri qaydaya salın. Proseslərin adət etdiyiniz məcrada olmasına çalışın. Narahat olmayın, situasiyanın kəskin dəyişə biləcəyini düşünməyin. Kənar amillərdən və ya başqasının tələbatından asılısızsa, durum ağırlaşacaq.

Sükan arxasında ehtiyatlı davranın. Cərimə riski var.

Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətləri sərinləşdirməyin. Şərtləri dəyərləndirin, situasiyadan maksimal dərəcədə yararlanmağa çalışın.

Axşam saatlarında görüşə yollana bilərsiniz.

Dolça - günün ilk yarısı mürəkkəb, qarışıq zamandır. İstəklər və niyyətlər gərginlik yarada bilər. İntiqam hissi və ya opponentin yalan danışdığını aşkarlamaq istəyi işlərin gedişatına çox pis təsir edə bilər.

Enerjiniz yalnız bir istiqamətdə olmamalıdır.

Günün ikinci yarısı yeni layihələr və ya işlər üçün sərfəli deyil.

Əks cins mənsubu sizinlə maraqlana bilər. Axşam saatlarını ailə üzvləri ilə keçirin. Normal istirahət etməyə çalışın.

Balıqlar - fəaliyyətinizdən həzz alırsınızsa, həttə ən rutin, gündəlik işlərə də yaradıcı yanaşma tələb olunur. Qayğılar bu gün maksimum vaxt alacaq. İşlərin öhdəsindən gəlmək istəyirsinizsə, təcrübəli insanların məsləhətlərinə qulaq asın.

İradlar və tənqidlər sizi təbdən çıxarmasın. Emosiyalarınıza nəzarət edin.

Günün ikinci yarısında yaxınlarınızla müzakirələr və ya mübahisəni təxirə salın. Belədə təmaslarda rəvanlıq yaranacaq. Axşam saatları romantik görüş üçün münasibdir.
 

Milli.Az

loading...

Şərh yaz:

46 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Dekabr 00:04154

    Bazar gününüz maraqli ve gozel olsun !

    Cavab yaz
    • Anonim
      Esmer · 9 Dekabr 09:0721

      Seninle Bahem Esram canım

      Cavab yaz
      • Anonim
        ❤️Sara Xatun❤️ · 9 Dekabr 10:2700

        Salam Əsmər bacim sabahin xeyir

        Cavab yaz
        • Anonim
          Esmer · 9 Dekabr 10:3300

          Seninde Sabahın Xeyr gozel Xatun bacım sen necəsən? Men ustuve sağlıq ele xestelenmısem .. (

          Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 9 Dekabr 10:2808

        Esmərim canim cox saq ol var ol

        Cavab yaz
      • Anonim
        $.$.$. · 9 Dekabr 10:4710

        Esmer xanım deyəsən xəstələnmisiniz? Ananız və ya nənəniz Sizə turşulu , əvəlikli bir əriştə yeməyi bişirsinlər yeyin. Qara istiotunu da bol edin. İnanın bir gunə saqalacaqsınız. Allah şəfa versin !

        Cavab yaz
        • Anonim
          Esmer · 9 Dekabr 11:0110

          Can gözəlim inan ele xestelenmısem dehset olurem. ..tempuratur dusmur ses batıb bərbad. ..gözəlim Nenem yoxdu Anam da uzaqdadır ( mende ki özüm özüme baxan deylem eksine soyuq su icrem elyrem deye daha da üsteliyir. ..

          Cavab yaz
    • Anonim
      A · 9 Dekabr 09:2604

      senin, de canina azzar olsun,.

      Cavab yaz
      • Anonim
        Esmer · 9 Dekabr 10:0100

        Kimnensen?

        Cavab yaz
        • Anonim
          @@@ · 9 Dekabr 10:1401

          Birinci/\ile

          Cavab yaz
        • Anonim
          @@@ · 9 Dekabr 14:0031

          10-14, kiminsə nikiylə Esraya söyməklə elə bilməki kimsə anlamır səni. Esra da, o birilər də çox gözəl bilir kimin kim olduğunu? Esra bilirki mən ona heç vaxt elə söz demirəm. Özünü külünc vəziyyətə qoyma. Sözün var öz adınla yaz, kiminsə adının arxasına gizlənib özünü gij yerinə qoyma.Mənim nikimlə də heç kimə söymə burda. Fikrim çatdı?

          Cavab yaz
    • Anonim
      ❤️Sara Xatun❤️ · 9 Dekabr 10:2601

      Sabahin xeyir səninlə bahəm Əsram

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 9 Dekabr 10:3505

        Canim menim saq ol var olll

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Dekabr 00:052435

    Status-Anamin mənə-Allah bəlani versin dediyi gün , sene rast geldiyim gün oldu !

    Cavab yaz
    • Anonim
      Esmer · 9 Dekabr 09:0705

      LİKEEEEE

      Cavab yaz
    • Anonim
      ❤️Sara Xatun❤️ · 9 Dekabr 10:2815

      Likeeeee Oz anam basda olmagla Butun analarin qarsisinda bas əyirəm

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 9 Dekabr 10:4325

        Mende bütütn analarin ellerinden üzlerinden öpüremmm cox isteyirem bütün analari ve neneleriiii

        Cavab yaz
  • Anonim
    $.$.$. · 9 Dekabr 06:3990

    Salam. Sabahınız xeyir hörmətli şərhcilər ! Bazar gununuz xoş və maraqlı kecsin !

    Cavab yaz
    • Anonim
      Esmer · 9 Dekabr 09:0810

      Seninde sabahın xeyir bacı necəsən?

      Cavab yaz
    • Anonim
      ❤️Sara Xatun❤️ · 9 Dekabr 10:2922

      Salam tatli kiz necəsən dərslərin necə gedir?

      Cavab yaz
      • Anonim
        $.$.$. · 9 Dekabr 10:3820

        Esmer xanım təşəkkurlər. Şukur salamatcılıqdır. Dərslər öz qaydasında gedir. Siz necəsiniz?

        Cavab yaz
        • Anonim
          Esmer · 9 Dekabr 10:4720

          Her zaman yaxşı olasan Gözel qız ...Allah zehin acıqlıqı versin ..her zaman ugurların bol olsun gözəlim. ..

          Cavab yaz
      • Anonim
        $.$.$. · 9 Dekabr 10:4920

        Sara Xatun Sizə də təşəkkur edirəm , dərslərimlə maraqlandıqınız ucun . Şukur , dərslərim də əladır ! Siz necəsiniz? nəylə məşqulsunuz?

        Cavab yaz
  • Anonim
    ❤️Sara Xatun❤️ · 9 Dekabr 10:3023

    Prenses gelib Prens yoxdu ele sey olar derhal prensi cagirin))) Admiral qaqasimada coxlu Salam gelse oxuyar

    Cavab yaz
  • Anonim
    ❤️Sara Xatun❤️ · 9 Dekabr 10:3113

    Men cixdim Allah sizi qorusun merdimazarlardan gozəl insanlar

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Dekabr 10:5426

    Men cixiram helelik canim dostlarim siz seq men selametlerleeee Allah qoysa goruserikkkk Bu gün buralarda olmayacam

    Cavab yaz
  • Anonim
    $.$.$. · 9 Dekabr 11:1930

    Esmer xanım ananızdan uzaq olmaqınıza uzuldum. Yəqin ki rasiyada yaşayırsınız ? Rasiyada yaşayanlar ən cox smarodina və malina murəbbələri hazırlayır . Sizdə də olmamış olmaz . Tez tez bu murəbbələrlə cay icin , qızdırmanız duşəcək. Sizə пастельний rejim lazımdır. Nənəm deyir şalfey və ramaşka dəmləməsindən istifadə etsin Esmər xanım. Boqazınıza görə bu dəmləmə ilə qarqara edə bilərsiniz. Boqazda olan mikrobları öldurur şalfey və ramaşka dəmləməsi.

    Cavab yaz
    • Anonim
      Esmer · 9 Dekabr 11:4720

      Can cox sag ol canım Allaha Nenenize ömür versin muteq edecem canım Rasiyada yaşamıram Bakıda yaşayıram Anam özü Uzaq Rayondadı hemde Xestedi Anam ona gore eli catmır mene indi sen deyeni edecem yeqin komek Eder yenede cox sag ol canım Allah razı olsun Meslehetin ucun Nenenizin Ellerinden öpürem. ..

      Cavab yaz
      • Anonim
        $.$.$. · 9 Dekabr 12:1330

        Hə... burda yaşayırsınız? Lap yaxşı. Limonlu cay , zoqallı , vişnəli cay , böyurtkənli cay butun bunlar soyuqdəymənin dərmanıdır. Özunuzə yaxşı baxın Esmər xanım. Nənəm mənim podruqamdır. Cox diqqətcil xanımdır. Muəllimədir nənəm. Bir ildən sonra təqaudə cıxacaq. Nənəm həm də super kulinardır. Hər cur yeməklər , şirniyyatlar , salatlar hazırlaya bilir. Savadlı xanım olduqu ucun biz nəvələrini də hər cur bilikli olmaqa ruhlandırır ,öyrədir. Nənəmizə minnətdarıq , cunki nənəmiz SUPERDİR !

        Cavab yaz
        • Anonim
          Esmer · 9 Dekabr 12:3220

          Can Allah o gözel Nenenize can Sağlıqı versın. .O gözel xanımın Reseptlerinden bize de yazın bizde oyrenmiş olarıq Gözel xanımın Sayesinde ..Allah Seninde komeyin olsu gözel bacım. ..bilirsən canım Şemkire toya getmişdim orda oynadım soyuq su icdim onan da tutuldum men indi sen deyenleri demlemişem canım şalfey Ramaşka edecem

          Cavab yaz
          • Anonim
            Arzu · 9 Dekabr 13:2020

            Salam doslar bacılar gunumuz ugura acılsın necesiniz

            Cavab yaz
          • Anonim
            Qulam baba · 9 Dekabr 14:3460

            Valyuta xanim.Sizin terifinizden nenenize talibem.Yaxshi pensiya aliram.Evveller herbci olmusham.Leninqrad,Kiyev,Fransa,Almaniyada olmusham.Duzdu pasportumda bu olkelerin mohuru vurulmasa da,tankin ustunde gezmiahem oralari.Nenenize deyin geyinib gecinib meni gozlesin.Protezimi duzeltdirub gelirem elciliye.Gorum doqrudan da dediyiniz kimi var?

            Cavab yaz
            • Anonim
              Qulam babamıza · 9 Dekabr 15:3010

              Qulam baba, sən luçşe mənim nənəmlə evlən. O qədər danışır, o qədər deyinir ki səsi başımıza düşür. 90 yaşı var. Çənəsi elə bil Kamaz motorudur. Sənə yaxşı arvad olar.

            • Anonim
              Qulama · 9 Dekabr 15:4110

              Adə nənəni neynirsen? Volyuta boyda nevesi olannan sene ne olasıdı? Sen nəviye talib ol.

            • Anonim
              Qulam baba · 9 Dekabr 15:5820

              Neve mene gore cox qocadi.Burushmush arvad tesiri yaradir mende yazilari.Qorxuram alaram bash beynimi xarab eder.

      • Anonim
        @@@ · 9 Dekabr 14:0520

        Esmer, necəsən? Yuxarıda yazığın biri mənim adımla Esraya söyüb. Yəqinki başa düşdün.

        Cavab yaz
  • Anonim
    $.$.$. · 9 Dekabr 15:0822

    Ay Qulam baba. Hec narahat olmayın . Elciliyiniz qəbul olmadı... Nənəmin Sizi qoltuquna vurub gəzdirməyə qollarında gucu , quvvəsi olan əri var.! Özunuzu əskildib saytlarda elcilik etməyin. Qururunuz olsun !

    Cavab yaz
    • Anonim
      Qulam baba · 9 Dekabr 15:5653

      Onda babayla nene oturub arada nevelerine ders kecsinler.Qart cavan qiz axirda menim kimi Qulam babaya layiq olacaq.Milleti de telebeyem deyib de aldatma.Sen ozun nenesen,hezer mashalla.

      Cavab yaz
      • Anonim
        Qulam kişiyə · 9 Dekabr 16:2125

        Sənin avtobusun gəlib, gözləyir. Dur, protezini də götür düüzz cəhənnəmə. Valyuta xanım öz layiqini tapıb, sən onun dərdini çəkmə. Belə öncəgörənsən, öz gələcəyini, məzar yerini axtar. Di haydiii

        Cavab yaz
        • Anonim
          Qulam baba · 9 Dekabr 17:0042

          Mende implantdi.M ezar yerum de hazirdi. Icine telefon da ceksirmishem. Sayta da gireceyem. Amma helwm yox. Cunki onceden goruremki 102 yashinda gedeceyem. Suqra da meni tez terk edib getdi. Valyuta olmasin sen qepik-qurush da olsan olar.Ele sende Valyutanin tayisan. Gelinin qabaqinda guzgu aparanlara oxsgayirsiniz ikinizde. Babaya derman elesiniz siz ikiniz edersiniz. Yaman coxbilmishe oxshayirsiniz ikinizde. Mwn dul, sen dul,gel mene bend ol gel alim maralim,ay dilibilmez.

          Cavab yaz
          • Anonim
            Qulam kişiyə · 9 Dekabr 17:2901

            Sən arvad axtara axtara qal burda. Sənə iyi şanslar. Mən getdim. Sag ol

            Cavab yaz
          • Anonim
            Suğra · 9 Dekabr 17:4400

            Adə Qulam men o terefde elchilermi geri qeyterirem ki qulam gələjək sizi istəmeyrəm.sən də burda güzgü tutannara tamah salmısan? Men getdüm elçilermi qarşılamağa.senede uğurlar mənə də.

            Cavab yaz
            • Anonim
              Qulam baba · 9 Dekabr 18:1200

              Hardasan ay Suqra? Gor meni kimlerin umudune qoyub getdun. Arada ordan boylan bu tereflere. Oyrenesu cox shey var burdakilardan

    • Anonim
      @@@ · 9 Dekabr 16:1810

      $.$.$. )))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))

      Cavab yaz
  • Anonim
    $.$.$. · 9 Dekabr 15:1233

    Esmer xanım baş ustə. Hansı resepti istəsəniz yazın . Mən nənəmdən öyrənib Sizə yazacam. Sizə can saqlıqı arzulayıram. Bir daha xəstələnməyin .

    Cavab yaz
  • Anonim
    $.$.$. · 9 Dekabr 17:2122

    16.21 ə Təəşəkkur edirəm Sizə ! Amma belələrinə , yəni Qulamlara cavab verməyinə dəyməz! Paxıllar həmişə olub , olacaq da ! Bir daha cox saq olun !

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.