Cəmiyyət

Günün qoroskopu: Kredit kartları, hesablar, elektron avadanlıqla problemlər yarana bilər

7 Dekabr 2018 00:01
23 Şərh     Baxış: 6 478

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - yaxşı, əlverişli gündür. Başladığınız işlərin əksəriyyətini uğurla başa vura bilərsiniz. Risk edin, cəsarətli ideyaların reallaşdırılmasına başlayın. Yaxın ətrafınızdakı insanlara sual verməkdən çəkinməyin. Təcrübə mübadiləsindən yararlana bilərsiniz.

Axşam saatlarında maraqlı tanışlıq istisna deyil.

Buğa - günün ilk yarısında mübahisələr və anlaşılmazlıqların sayı az olmayacaq. Həmkarınızdan tutmuş, qohumunuza qədər hər kəs opponentiniz ola bilər. Ən xırda məsələlərə görə mübahis etməyin. İstənilən mövzuda uzun-uzadı diskussiyalara başlamayın.

Günün ikinci yarısında bütün diqqəti işə yönəltsəniz uğur əldə edəcəksiniz. Tamamilə yeni, maraqlı işə də başlaya bilərisniz.

Əkizlər - qarşılaşdığınız çətinliklərin və üzləşdiyiniz problemlərin səbəbini, yaxud səbəbkarını müəyyən etməsəniz gün məhsuldar olmayacaq. Maneələrin dəf olunmasına çalışın. Bu gün problemlər çox olacaq. Çətinliklərin sınanmış, ənənəvi çözüm vasitələri işlək deyil.

Şəxsi münasibətlərdə diqqətli olun.

Xərçəng - sakitliyə ehtiyacınız var. İşlərdə müəyyənliyə can atırsınız. Sizə heç maraqlı olmayan proseslərin iştirakçısına çevriləcəksiniz. Cansıxıcı işlərin bəzilərini yaxın ətrafınızdakı insanlara, tərəfdaşlara həvalə edin. Kiçik maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil.

Ciddi maliyyə məsələlərinin həllini ertələyin.

Günün ikinci yarısında tənbəllik etməyin.

Şir - əlverişli, uğurlu gündür. Başlayacağınız işi müvəffəqiyyətlə başa vuracaqsınız. Ən çətin, qarışıq problemin həllinə başlamaq olar. Amma unutmayın - sizə kimsə yardım etməyəcək. Kiçik gəlirlər olacaq.

Alış-veriş üçün münasib zamandır.

Günün ikici yarısı uzunmüddətli əməkdaşlıqla bağlı danışıqlar aparmaq, önəmli məsələləri müzakirə etmək olar.

Qız - qarışıq gündür. Həyacanlanmamaq, sinirlənməmək, emosiyalara hakim olmamaq çox çətindir. Baş verənlərə sərt reaksiya verməyin. İndiyədək sizi bir sözdən anqlayan insanlar sərt və laqeyd davranırlar. Onlar öz işləri ilə məşğuldur.

Problemlərinizlə üzbəüz qalacaqsınız.

Günün ikinci yarısında ətrafınızda baş verənlərni müşahidə edin. Təcrübəli insanların verdikləri qərarları təhlil edin.

Tərəzi - sakit, məhsuldar gündür. Qarşınızda yeni üfüqlər çətin ki, açılsın. Lakin işlərinizlə məşğul olsanız, normal nəticələr əldə edəcəksiniz. Dəyər verdiyiniz insanların qədrini bilin. Əhvalınızı yaxşılaşdıracaq xoş xəbərlər və sürprizlər istisna deyil.

Günün ikinci yarısında maraqlı təklif ala bilərsiniz. Tələsməyin.

Şəxsi münasibətlərdə müsbət dönüş olacaq.

Əqrəb - boş danışıqlara və mənasız müzakirələrə qurşanmayın. Aktual olmayan məsələləri götür-qoy edən insanlarla vaxt keçirməyin. Bilavasitə işlərlə məşğul olun.

Günün ikinci yarısında mühüm xəbər alacaqsınız. İdeyanızı dəstəkləyən insan olacaq. İş yerində daha çox diqqət tələb edin. Önəmli məsələlərin çözümünü ertələməyin.

Oxatan - işgüzar əlaqələrin inkişafı və fəaliyyət məcrası baxımından əlverişli gündür. Yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın. İşgüzar əlaqələriniz olduğu insanlarla münasibətlərdə romantika yolverilməzdir.

Günün ikinci yarısında emosiyalarınıza nəzarət edin. Səfərə yollanmaq olar. Dəyər verdiyiniz insanlara vaxt ayırın.

Oğlaq - mübahisələr və fikir ayrılıqlarından yayına bilməyəcəksiniz. Dünənədək sizin tərəfinizdə olan insanlar indi tam fərqli mövqe tutacaqlar. Onların az sonra nə edəcəkləri bəlli deyil.

Maliyyə məsələlərində çətinliklər yaranacaq. Ailə üzvlərindən biri ilə mübahisə olacaq.

Günün ikinci yarısında məntiqli, soyuqqanlı olun. Kimsəyə imkan verməyin ki, sizə nəyisə diqtə etsin, təzyiq göstərsin.

Dolça - mürəkkəb və vacib məsələlərin həlli üçün əla gündür. Əsas məsələni ikinci dərəcəli nəsnələrdən ayırın. Bəzi işlərdə tələsin, bəzi işlərdə isə aramla davranın. Ən əsas isə istənilən işdə əsaslı, düşüncəli olun. Yalnız bu minvalla rəqibləri geridə qoya bilərsiniz.

Günün ikinci yarısında yeni tanışlıq istisna deyil. Ən yaxşı yönlərinizi göstərin. Hisslərin əsiri olmayın.

Balıqlar - yaşanan olaylara real baxsanız hər şey yaxşı olacaq. Planlarınızın özbaşına gerçəkləşəcəyini düşünməyitn. Şərtlər uğurlu deyil və məqsədinizə asanlıqla çatmayacaqsınız. Əksinə, adi günlərdən fərqli olaraq daha çox çalışmalı olacaqsınız. Amma hədəf çəkilən zəhmətə dəyər.

Günün ikinci yarısında intuiasiyanızın səsirni dinləyin. Nə zaman sürətlə işləməyin, nə zamanda da bir qədər fasilə etməyin gərəkdiyini anlayın. Ətrafınızdakı insanlarla təmaslarda ifrat tələbkarlıq nümayiş etdirməyin.

Milli.Az

loading...

Şərh yaz:

23 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 7 Dekabr 00:01106

    Cümeniz mübarek olsun !

    Cavab yaz
    • Anonim
      oxucu · 7 Dekabr 01:2136

      Həmişəki kimi birinci!

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 7 Dekabr 09:2959

        Adet -ənənəni pozmaq olmaz !

        Cavab yaz
    • Anonim
      Esmer · 7 Dekabr 08:0953

      Seninle Bahem Esram canım. ..

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 7 Dekabr 09:2969

        Esmərimmm cox saq ol var ol !

        Cavab yaz
      • Anonim
        Şemkirli · 7 Dekabr 12:1111

        Salam Esmer xanim necesiz ,gozel insan bagislayin qroskop sefesinde yazibsiz gec cavab verdim,islerimle elaqeder gec gec girirem bura,,Şemkire toya getiz ???

        Cavab yaz
        • Anonim
          Esmer · 7 Dekabr 12:4602

          Ooo kimlər gəlmiş Xoş gəlmiş)))salam Ezizim necəsən işlərin necədi Allah Bağışlasın narahat olma təki işlərin yaxşı olsun her zaman iş başında olasan. ..beli getmişdim hətda toydan 1 gun qabaqdan getmişdim )))qeşey kecdi o qeder oynadım axırda soyuq oldu qeşey xestelendım )))

          Cavab yaz
          • Anonim
            Şemkirli · 7 Dekabr 13:2400

            Cox sagolun sizede islervizde ugurlar,He ne gözel amma axirda xesdelemeniz pis olub da xanim,,nenirsiz indi yaxsisizmi ??,,,,

            Cavab yaz
            • Anonim
              Esmer · 7 Dekabr 14:0900

              Cox sag olun qardaşım Gözel gününüz olsun ..şukur duzelirem yavaş yavaş. ...siz neynirsiz soyuqla yola gede bilirsiz. ..

  • Anonim
    Mahir · 7 Dekabr 11:0898

    Calisin cansixici adamlardan ozunuzu qoruyun. Beleleri camaatda qusur axtarmagi xoslayirlar. Camaatin esebleriynen oynayirlar. Hemise qasinan adamlardirlar. Yerinde dinc dayana bilmirler. Onlarin derdi-seri yanindakilari bogaza yigmaqdir. Bir bir yaxsi is gorende hemen deqiqe ustene das salirlar. Ozlerini sanki agilli hesab edirler. Insanin bir heyat felsefesi olar. Bunlarin felsefesi ise melum deyil. Insanlari sanki ozlerine borclu hesab edirler. Seher bir adami soyub gunorta onu terifleyirler. Qiybet qirmagi cox xoslayirlar. Esil dusuk adamlardirlar. Bunlara demeye soz tapmiram. Insanin bir sifeti olar. Bunlari soysende veclerine deyil. Qurursuz adamlardirlar. Insanin qururu, menliyi, agli olmalidir. Bunlarda ise yoxdur. Cox menasiz adamlardirlar. Basqalarinda qusur axtarib oz qusurlarini ort-bastir edirler. Kimise qinamagi cox xoslayirlar. Ozlerini agilli, basqalarini ise sefeh hesah ederler. Onlar basqalarinin qusuru ile xosbext olmaga calisirlar. Eslinde ise eksine olur. Bele adamlar geri gedirler.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 7 Dekabr 11:201220

      Dübbədüz ve Likeeeeee))))

      Cavab yaz
      • Anonim
        E.1989 · 7 Dekabr 11:25515

        Mahir düz deyirsen demeyine ama nikini deyiş köhnə nikinlə yaz...ayıbdı yekə kişiciksən

        Cavab yaz
        • Anonim
          Mahir · 7 Dekabr 11:38105

          Mene ne ayibdi ozum bilerem. Sene dexli yoxdur.

          Cavab yaz
      • Anonim
        ❤️Sara Xatun❤️ · 7 Dekabr 11:4834

        Salam gözəl qiz sabahin xeyir ordaki şerhini oxudum cox sagol gozəl bacim Allah səni kimi dostumu və ailəmi mənə cox gorməsin amin

        Cavab yaz
        • Anonim
          Sara xatuna · 7 Dekabr 12:1131

          SIZIN YOLDASINIZ BILMIR BURA YAZMAQINI GIZLINNEN YAZIRSAN MIRTDADIRSAN

          Cavab yaz
          • Anonim
            ❤️Sara Xatun❤️ · 7 Dekabr 12:4400

            Tamamilə dogrudur iradinizi nəzərə alacam hormətli şəxsiyyət

            Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 7 Dekabr 12:1214

          Amin canim menim ne sozun olsa orada yaz ureyim girib indi oxuyacam

          Cavab yaz
          • Anonim
            ❤️Sara Xatun❤️ · 7 Dekabr 12:4420

            Ora yazmamisam canim bacim hələki sakitcilikdi bizim cəbhədə:):):)

            Cavab yaz
            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 7 Dekabr 12:4812

              Allah elesin ateskes pozulmasin ele sakitcilik olsun !

            • Anonim
              Mahir · 7 Dekabr 13:0310

              Ehtiyatli olun birazdan doyus baslayacaq.

            • Anonim
              E.1989 · 7 Dekabr 13:3201

              13:03 baştayaq döyüşe :))

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 7 Dekabr 12:5747

    Canlarim dostlarim men helelik cixayrum İnsallah axsama goruserikkkk Seq olun selametlernennn .Bu gün Sema gelecekkkk gozel Cumediiii hepinize mubarek cümaaaa arzu edayrummm Ben Karadeniz lehcesiynen konusayrummm hadiiiiii canlarimmm seq olunnnnn.

    Cavab yaz
    • Anonim
      ❤️Sara Xatun❤️ · 7 Dekabr 13:3612

      Get canim bacim insallah yene yaza bilerem ailənlə xos istirahetler

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.