Cəmiyyət

Maşın maneəyə çırpılıb, ölən və yaralananlar var

21 Noyabr 2018 22:08
0 Şərh     Baxış: 1 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz rayonunda avtomobil yol kənarındakı maneəyə çırpılıb, ölən və yaralananlar var. Hadisə Xudat-Xaçmaz yolunda qeydə alınıb.

Milli.Az "report"-a istinadən bildirir ki, hərəkətdə olan avtomobil qəflətən idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.

Avtomobildə olan Xudat qəsəbəsi Kənd Xudat kənd sakini Ehtimal Bəxtiyar oğlu Əzizov ölüb, digər 2 nəfər Xudat qəsəbə sakinləri Firuz Pirməmməd oğlu Sultanov və Kamran Bəhram oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobili və həkim briqadası cəlb olunub.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilən yaralılar müvafiq şöbələrə yerləşdirilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.