Cəmiyyət

Bakının mərkəzində NƏHƏNG PARK SALINIR - Bəzi yerləri ikimərtəbəlidir - FOTO

21 Noyabr 2018 22:11
3 Şərh     Baxış: 16 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərinin Yasamal rayonu ərazisində - "Sovetski" kimi tanınan yaşayış massivinin sökülmüş hissəsində yenidənqurma işləri sürətlə davam etdirilir.

Milli.Az xəbər verir ki, Füzuli küçəsi, həm də Nərimanov prospekti istiqamətində sökülmüş ərazidə nəhəng park kompleksi salınır. Yeni istirahət zonası Qış parkının davamı olaraq Bakı sakinlərinin istifadəsində olacaq.

Artıq bir neçə hektarlıq ərazidə çoxillik ağaclar əkilib, böyük bir hissədə landşaft işləri görülüb. Həmçinin parkın Füzuli küçəsinin üzərindən keçən hissəsindən insanların rahat hərəkətini təmin etmək üçün ikinci mərtəbə - körpü tikilib. Bu körpü vasitəsi ilə insanlar park ərazisini tərk etmədən, istirahət mühitində yolun əks tərəfindəki hissəyə rahat keçə biləcəklər. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.