Cəmiyyət

Cəlilabadda "Mercedes" "KamAZ"a çırpılıb, xəsarət alan var - FOTO

20 Noyabr 2018 23:28
0 Şərh     Baxış: 1 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında yeni Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində 1 nəfər ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hazırda hadisənin baş vermə səbəbləri və yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.