Cəmiyyət

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

20 Noyabr 2018 23:00
0 Şərh     Baxış: 1 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:00

Tovuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Milli.Az "Report"a istinadən bildirir ki,rayon sakini, 1954-cü il təvəllüdlü Fazil Rzayev idarə etdiyi "Mercedes" markalı avtomobillə Aşağı Quşçu kəndində hərəkətdə olan zaman kənd sakini, 1957-ci il təvəllüdlü Rəhilə Muxtar qızı Namazovanı vuraraq ona ağır xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

22:21

Tovuz rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.

Qəza zamanı 1957-ci il təvəllüdlü Rahilə Muxtar qızı Namazova xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Göstərilən tibbi yardımlara baxmayaraq o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.