Cəmiyyət

Azərbaycanda toy günü ÜRƏK DAĞLAYAN HADİSƏ: arvadı getdi, özü isə yedi, içdi, sonra...

21 Noyabr 2018 04:30
26 Şərh     Baxış: 6 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyan rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Milli.Az bildirir ki, publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Yolüstü kəndində özünü asaraq intihar edən 1989-cu il təvəllüdlü Kərimov Seyran Dadaş oğlu özünə qəsd edən zaman sərxoş vəziyyətdə olub.

Yaxınlarının bildirdiyinə görə, Seyran Kərimov evli və 2 uşaq atası olub. Son vaxtlar onun ailəsində maddi məsələlər səbəbindən problemlər yaranırmış. Belə ki, həyat yoldaşının müalicə xərcini qarşılaya bilmədiyi üçün qadın iki uşağını da götürərək 2 ay əvvəl atası evinə gedibmiş.

Dünən isə Seyrangilin qapıbir qonşusu toy edib. O, qonşunun toyunda iştirak edib və axşam saatlarında sərxoş vəziyyətdə evə gəlib. Bu zaman atası Seyrana irad bildirib. O, Seyrana ailəsinin çıxıb getdiyini, onun isə məclislərdə kef çəkdiyini, spirtli içki qəbul etməsini irad bildirib. Psixoloji sarsıntı keçirmiş Seyran Kərimov daha sonra həyətdəki dama keçərək kapron iplə özünü asıb. Lakin ip onun ağırlığına tab gətirməyərək qırılıb.

Bir neçə dəqiqə sonra Seyranın arxasıyca dama girən qardaşı onun yerdə çabaladığını görüb və atası ilə birgə maşına qoyaraq Şirvan şəhər xəstəxanasına çatdırıblar. Lakin gənc oğlan yolda keçinərək vəfat edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.