Cəmiyyət

İnək yol qəzasına səbəb olub, xəsarət alan var

19 Noyabr 2018 23:57
0 Şərh     Baxış: 1 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün axşam saatlarında Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, rayonun Dayıkənd kəndi ərazisində "Jiquli" markalı avtomobil hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvanın çıxması nəticəsində idarəetməni itirərək aşıb.

Avtomobilin sürücüsü xəsarətsiz ötüşsə də, salonda olan sərnişin, Neftçala rayonunun 1957-ci il təvəllüdlü Xolqarabucaq kənd sakini Qasımova Gülnisə Səfəralı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.