Cəmiyyət

“Arzum “Traxtur” haqda film çəkməkdir” - Güneyli rejissor

18 Noyabr 2018 23:02
3 Şərh     Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güney Azərbaycanın Ərdəbil şəhərindən olan istedadlı rejissor və yazıçı Leyla Novruzi "Traxtur" futbol klubu haqda film çəkmək arzusunda olduğunu bildirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, o bu barədə "Mərz News" saytına verdiyi müsahibədə danışıb.

Hazırda bir neçə mövzu üzərində işlədiyini deyən L.Novruzi əsas arzularından birinin "Traxtur" komandası haqda geniş sənədli film çəkməkdən ibarət olduğunu bildirib:

""Traxtur" yalnız idman komandası deyil. O həm də mənim dilim və mənim millətimdir. Həmçinin bu komanda səviyyəli və anlayışlı tərəfdarlarının sayəsində dünyada böyük şöhrət qazandığı üçün önəmlidir".
Azərbaycanlı gənc rejissor bir gün bu arzusuna çatacağına ümid etdiyini vurğulayaraq qeyd edib ki, o, "Traxtur" dünyasının az da olsa, bir hissəsini işıqlandıraraq tərəfdarlarına yadigar qoymaq istəyir.

1989-cu ildə Ərdəbildə anadan olan Leyla Novruzi rejissor, yazıçı, şair və aktrisadır. "Mən İsmətəm" adlı sənədli, "Qara yol" bədii filminin rejissoru olan L.Novruzi bir çox mətbuat orqanında məqalələrlə çıxış edir. O iki şeir və bir hekayə kitabının müəllifidir. Güney azərbaycanlı rejissor oktyabr ayında Birinci Bakı Beynəlxalq Animasiya Festivalında münsiflər heyətinin üzvü kimi iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.