Cəmiyyət

Cəlilabadda tibb işçisini avtomobil vurub

17 Noyabr 2018 23:11
0 Şərh     Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun 1958-ci il təvəllüdlü Fərzili kənd sakini Kərimova Gülgəz Ramazan qızını minik avtomobili vurub.

Qadın bel nahiyəsindən aldığı xəsarətlərlə dərhal sürücü tərəfindən xəstəxanaya gətirilib. Ona müvafiq tibbi yardım göstərilib.

Məlumata görə, G.Kərimova Cəlilabad RMX-da tibb işçisi kimi fəaliyyət göstərir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.