Cəmiyyət

Xətai rayonuna içməli su verilşində yaranmış fasilənin səbəbi məlum olub

17 Noyabr 2018 23:07
0 Şərh     Baxış: 1 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakının Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində yaranmış məhdudiyyətin səbəbi məlum olub.

Milli.Az "Report"a istinadən bildirir ki,  "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının verdiyi məlumata görə, buna "AzərSuTikinti" xəstəxanası yaxınlığında "+ 82 Şərq" su anbarı adlı ərazidən keçən su boru kəmərində sızmanın baş verməsi səbəb olub.

"Bu gün "AzərSuTikinti" xəstəxanası yaxınlığında, "+ 82 Şərq" su anbarı deyilən ərazidən keçən su boru kəmərində sızma baş verib. Axşam rejimində əhaliyə mümkün qədər su verildikdən sonra su verilişi yenidən dayandırılıb və indi təmir işləri yenidən davam etdirilir", - deyə A.Cəbrayıllı bildirib.

Bundan əvvəl Sabah Bakının Xətai rayonuna içməli suyun verilişinin yenidən məhdudlaşdırılacağı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.