Cəmiyyət

Salyanda velosipedçini maşın vurub

17 Noyabr 2018 22:43
0 Şərh     Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında "Ay işığı" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Rayonun Stansiya yaşayış massivinin sakini, 1965-ci il təvəllüdlü İsmayılov Azər İsmayıl oğlu velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Tovuzda piyadanı avtomobil vuraraq öldürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.