Cəmiyyət

Azərbaycan dövləti idmanın inkişafına böyük diqqət ayırır

17 Noyabr 2018 20:38
Baxış: 1 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan dövləti idmanın inkişafına böyük diqqət ayırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Bakıda keçirilən Akrobatika gimnastikası üzrə Dünya Kuboku zamanı deyib.

İ.İsmayılov bildirib: "Beynəlxalq yarışlar təkcə paytaxtda yox, həm də ölkənin regionlarında yüksək səviyyədə keçirilir. Bu cür yarışlar idmanın kütləviliyinə müsbət təsir göstərir".

Nazir müavini qeyd edib ki, azərbaycanlı idmançılar yarışlarda uğurla çıxış edir və yaxşı nəticələr əldə edirlər.

İ.İsmayılov həmçinin Azərbaycan Gimnastika Federasiyasının işini yüksək qiymətləndirib:

"Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti sayəsində ölkədə hər il gimnastika növləri üzrə çempionatlar və Kubok yarışları keçirilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.