Cəmiyyət

Pensiyaçılara şad xəbər: 35 faiz artım olacaq

17 Noyabr 2018 16:33
Baxış: 8 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

45 min 500 insanın pensiyası 35 faiz artacaq. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, pensiya təyinatının avtomatlaşdırılması pensiya sistemində inqilabi dəyişikliyə səbəb olacaq.

"Artıq insanlar pensiyaya çıxan zaman bürokratik əngəllərə məruz qalmadan işlərini həll edəcəklər. Yanvarın birindən 67 min insan elektron sistem vasitəsilə pensiya alacaq. Bu, bir saatda baş verəcək".

S. Babayev 38 min insanın pensiya hüququnun yaranacağını vurğulayıb: "Onların bu gün aldığı müavinət 48 faiz artacaq. 93 min insanın gəlirlərində 48 faiz artım olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.