Cəmiyyət

Azərbaycanda büdcə təşkilatlarının kommunal xidmətlərə görə 3,9 milyon manat borcu yaranıb

16 Noyabr 2018 20:28
0 Şərh     Baxış: 1 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə nisbətən 3,2 faiz artaraq 198,1 milyon manat təşkil edib.

Milli.Az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, istehlakın ümumi dəyərinin 72,8 faizini elektrik enerjisi, 10,1 faizini təbii qaz, 8,5 faizini su, 5,6 faizini rabitə xidmətləri, 3,0 faizini isə istilik enerjisi təşkil edib.

2018-ci ilin yanvar-sentyabr aylarında büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 98,0 faizini ödəyib və 3,9 milyon manat kreditor borc yaranıb.

Büdcədən maliyyələşən istehlakçılar müəyyən edilmiş limitin ümumilikdə 98,2 faizindən istifadə edərək 5 milyon manatlıq təbii qaza, 3,6 milyon manatlıq suya və 0,7 milyon manatlıq istilik enerjisinə qənaət ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.