Cəmiyyət

Oriflame şirkəti Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyini qeyd edir - FOTO

16 Noyabr 2018 15:30
Baxış: 6 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Oriflame şirkəti Azərbaycan bazarındakı uğurlu fəaliyyətinin 20 illiyini qeyd edir.
Özünün zəngin tarixi boyu İsveç brendi dünya üzrə insanların gözəllik arzularını, keyfiyyətli həyat və şəxsi uğur istəklərini həyata keçirməyə kömək edərək gözəllik aşiqi olan insanlardan ibarət cəmiyyətlər yaratmışdır! 

1967-ci ildə Robert və Yonas af Yoknik qardaşları bu gün də dünya keyfiyyət standartları yaratmağa davam edən birbaşa satış kosmetik şirkətinın əsasını qoydular. Oriflame daim zamanla ayaqlaşaraq öz məhsullarında ən aktual trendləri həyata keçirir, həmçinin hər zaman formulların mükəmməliyi və istehsal texnologiyaları üzərində çalışır.

Kemal Kaya, Qafqaz ölkələri üzrə Vitse Prezident və Rəhbər, Orifleym-Azərbaycanın Baş Direktoru: "Zəngin Oriflame tarixinin bir parçası olduğum üçün inanılmaz dərəcədə qürur duyuram! Bu illər əzində biz bütün dünya üzrə böyük həmfikirlər cəmiyyəti yaratmağa nail olmuş, bu mərhələyə birlikdə çatmışıq. İndi özümüzü heç vaxt olmadığımız qədər güclü və möhkəm hiss edirik. Əminəm ki, qarşıda bizi hələ bir çox qələbə və nailiyyətlər gözləyir, tərafdaşlarımızla birgə biz yeni-yeni zirvələr fəth edəcək, istehlakçılarımızı isə qabaqcıl məhsullar və Oriflame-in maraqlı layihələri ilə yaxşı
mənada təəccübləndirəcəyik".

Şirkət Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyini 16 noyabrda şəhərimizin ən dəbli konsert zallarının birində "20 il Sizinlə" adlı möhtəşəm tədbirlə qeyd etdi. Tədbir pre-party ilə başladı, uğurlu spikerlərin motivasiya dolu çıxışları, təltiflər, maraqlı şou proqram isə bu günü xüsusilə yaddaqalan etdi. DJ Kənan drums ilə after- party və tədbirin xüsusi qonağı, Azərbaycan Respublikasının Əməkdar artisti MiriYusif öz konsert proqramı ilə Oriflame-çiləri təbrik etdi.

Şirkət haqqında məlumat
Oriflame - əsası 1967-ci ildə qoyulan, bu gün dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən
beynəlxalq kosmetika şirkətidir. Oriflame təklif etdiyi təbii və qabaqcıl isveç kosmetik vasitələrinin geniş çeşidini 1,5 milyard avroya yaxın illik satış həcmini təmin edən 3 milyon azad məsləhətçinin köməyi ilə birbaşa satış üsulu ilə yayır. Oriflame gözəlliyə bir həyat tərzi kimi yanaşan, pul qazanmağa və öz ambisiyalarını həyata keçirməyə can atan insanlar üçün biznes-imkanlar təklif edir. Şirkət inanır ki, gözəllik həm insanın necə göründüyünün, həm də özünün necə hiss etdiyinin vacib olduğu həyat tərzinin əksidir. Oriflame-in fəaliyyətinin əsas prinsipini insanlar və təbiətə hörmət təşkil edir ki, bu da şirkətin sosial və ekoloji siyasətində öz əksini tapır. Oriflame dünya üzrə bir neçə xeyriyyə layihələrində iştirak edir və Beynəlxalq Uşaq Fondunun həmtəsisçisidir. Şirkətin aksiyaları OMX Nordic Exchange fond birjasında qiymətləndirilir.
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.