Cəmiyyət

“Bizi dayanacağa girməyə qoymurlar” - Avtobusların yerini kimlər ZƏBT EDİR? - VİDEO - FOTO

16 Noyabr 2018 13:28
0 Şərh     Baxış: 1 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləcəri dairəsi ərazisində cip tipli dayanacaqlar var. Hansı ki, həm dayanacaq var, həm də dayanacağın qarşısında xüsusi yollar ayrılıb ki, avtobuslar bu yola girib, sərnişinləri düşürdüb, mindirməlidir. Təəssüf ki, avtobuslar bu dayanacaqlardan istifadə etmir, yolun hərəkət hissəsində saxlayırlar. Hətta yolun üçüncü zolağında belə avtobuslar sərnişin düşürdürlər.

Milli.Az bildirir ki, ARB TV əməkdaşları həmin ərazidə nə üçün avtobusların dayanacaqlarda deyil, yolun hərəkət hissəsində saxlaması məsələsini araşdırıb.

Avtobus sürücüsü: "Dayanacağa girə bilmirəm, taksilər oranı zəbt ediblər".

Avtobus sürücüsü: "Biz dayanacaqdan istifadə edirik, dayanacaq buradır. Ora girmək olmur. Minik avtomobilləri bizi qoymur bizi ora girək. Baxın, görün "Baku Bus"lar harada dayanıb?"

Həqiqətən də, ərazidə taksilərin dayandığının şahidi olmaq mümkündür. Bəs, görəsən, taksi sürücüləri avtobus sürücülərinin iddiaları ilə razıdırlarmı?

Taksi sürücüsü: "Avtobus heç bura girmir axı, bura girsəydi, təbii ki, taksi sürücüləri heç burada dayanmazdı".

Sürücü: "Mən burada, Biləcərinin dairəsində taksi sürücülərində günah görmürəm".

Avtobus sürücüləri taksi sürücülərindən, taksi sürücüləri isə qarşı tərəfdən gileylənirlər. Vəziyyətdən əziyyət çəkənlər isə sərnişinlərdir. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agetliyindən bildirdilər ki, Biləcəri dairəsində yaşanan vəziyyət nəzarətə götürülüb. Dayanacaqda saxlayan taksi sürücüləri ərazidən kənarlaşdırılması və avtobusların dayanacağa cəlb olunmağı istiqamətində tez zamanda işlərə başlanılacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Bizi dayanacağa girməyə qoymurlar" - Avtobusların yerini kimlər ZƏBT EDİR?

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.