Cəmiyyət

Fransızlar Cocuq Mərcanlıda - FOTO

15 Noyabr 2018 22:34
0 Şərh     Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə qonaq gəlmiş Fransa Azərbaycan Dostları Assosiasiyasının nümayəndə heyəti noyabrın 15-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub.

Dövlət Komitəsinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Cəbrayıl rayonunun icra hakimiyyətinin başçısı Kamal Həsənov qonaqlarla görüşdə kəndə qayıtmış əhalinin sosial-iqtisadi vəziyyəti, məşğulluğunun təmin edilməsi üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.

Qeyd edilib ki, burada iş yerlərinin yaradılması məqsədilə yerli və xarici təşkilatlar tərəfindən layihələr həyata keçirilir.

Qonaqlar Cocuq Mərcanlıda inşa edilmiş Şuşa məscidinin bənzəri olan məscidə və digər infrastruktur obyektlərinə baş çəkib, yerli icma nümayəndələri ilə görüşüblər.

Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti, Fransa parlamentinin sabiq deputatı Jan-Fransua Mansel Cocuq Mərcanlıda aparılan işləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, azərbaycanlı məcburi köçkünlərin məruz qaldığı humanitar faciənin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm tədbirlər görülməlidir. Assosiasiya və onun üzvləri də bu sahədə məqsədyönlü iş aparacaqlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.