Cəmiyyət

“Qəbələ”nin məşqçisi qəzada öldü, sürücü ağır yaralandı - YENİLƏNİB - VİDEO - FOTO

15 Noyabr 2018 10:26
4 Şərh     Baxış: 5 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:26

Azərbaycanda futbol məşqçisi yol qəzasında dünyasını dəyişib.

Milli.Az bildirir ki, "Qəbələ" futbol klubundan Trend-ə verilən məlumata görə, Qəbələdə yol qəzasında ölən Teymur Musayev "Qəbələ" futbol akademiyasının məşqçisi olub.

Bildirilib ki, hadisə gecə saat 02:30 radələrində baş verib. T.Musayev evə qayıdarkən dostu 1952-ci il təvəllüdlü Rafiq Qurban oğlu Məmmədovun idarə etdiyi avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində məşqçi dünyasını dəyişib.

T.Musayev ailəli idi, iki oğlu və bir qızı var.

Sürücü R.Məmmədov isə Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, onun vəziyyəti ağırdır, hər iki bud nahiyəsində sınıqlar var, döş qəfəsi ciddi zədələnib. Hazırda reanimasiyaya yerləşdirilib.

----------
09:20

Milli.Az bildirir ki, FHN-in yaydığı məlumata görə, Qəbələ şəhərində "Toyota" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxışıb qalan sərnişin,

1974-cü il təvəllüdlü Musayev Teymur Siracəddin oğlunun meyitini nəqliyyat vasitəsindən çıxarıblar. 

"Qafqazinfo" xəbər verir ki, qəzada həlak olan Teymur Musayev "Qəbələ" futbol akademiyasının məşqçisi olub. 

O, dostunun maşını ilə qəzaya düşüb. 

----------
08:40

Qəbələ şəhərində "Toyota" ağaca çırpıldı.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxışıb qalan sərnişin, 1974-cü il təvəllüdlü Mustafayev Teymur Siracəddin oğlunun meyitini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Qəbələ"nin məşqçisi qəzada öldü, sürücü ağır yaralandı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.