Cəmiyyət

Instagram" tənhalıq və depressiyaya səbəb olur - NİYƏ?

11 Noyabr 2018 11:05
1 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Pensilvaniya iniversitetinin psixoloqları qənaətə gəliblər ki, sosial şəbəkələrdə çox vaxt keçirmək tənhalıq hissini yüksəldir və depressiyaya səbəb olur.

Milli.Az Trend-ə istinadən bildirir ki, psixoloqların işi "Journal of Social Clinical Psychology" jurnalında dərc olunub.

Öz araşdırmalarını mütəxəssislər "Facebook", "Instagram" və "Snapchat"-dan istifadə edən 143 tələbə arasında keçirib.

Araşdırma nəticəsində psixoloqlar müəyyən ediblər ki, tənhalıq və depressiya birbaşa sosial şəbəkələrdə keçirilən vaxtdan asılıdır.

"Çox qəribədir ki, insan sosial şəbəkələrə nə qədər çox vaxt ayırsa, bir o qədər tənhalaşır. Buna səbəb kimi şüuraltı müqayisə göstərilir. İnsan digərlərinin həyatında baş verən hadisələrə baxanda, məsələn "Instagram"da, ona helə gəlir ki, hamı ondan daha yaxşı yaşayır", - tədqiqatçılar qrupunun rəhbəri Melissa Q.Hann bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.