Cəmiyyət

Ölümlə nəticələnən yol qəzası baş verib

9 Noyabr 2018 22:20
1 Şərh     Baxış: 1 572

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə rayonun Balçılı kəndində yerləşən şadlıq evinin yaxınlığında qeydə alınıb.

"VAZ-2107" markalı avtomobil Gürcüstan dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı maşınla toqquşub. Nəticədə Göygöl rayon Qızılca kənd sakini, 1961-ci il təvəllüdlü Xalidə Həmzə qızı Bağırova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qəza zamanı daha iki nəfər - 1958-ci il təvəllüdlü Rusiya vətəndaşı Əli Məmmədov və 1993-cü il təvəllüdlü Göygöl rayon sakini Mirmahal Ağabalayev müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ANONİM · 10 Noyabr 01:0500

    ALLAH REHMET ELESİN AMİN

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.