Cəmiyyət

"Ay xanım, ora keçmək olmaz" - Nəzarətçi Şəfiqə Məmmədovanı tanımadı

9 Noyabr 2018 15:24
9 Şərh     Baxış: 4 767

Xalq artisti Amaliya Pənahova ilə Akademik Milli Dram Teatrında keçirilən vida mərasimi zamanı teatrın nəzarətçisi Azərbaycan Respublikası Kinematoqrafçılar İttiqafının sədri, xalq artisti Şəfiqə Məmmədovanı tanımayıb.

Milli.Az ölkə.az-a istinadla bildirir ki, nəzarətçi "ay xanım, ora keçmək olmaz" deyərək, məşhur aktrisanı rəsmi şəxslər üçün nəzərdə tutulmuş sıraya buraxmaq istəməyib. Aktrisa isə öz növbəsində nəzarətçiyə cavab verib:

"Mənim adım dövlətin rəsmi nekoroloqunda var. Necə yəni olmaz?"

Qeyd edək ki, 73 yaşlı Amaliya Pənahova ötən gün xərçəng xəstəliyindən vəfat edib.

Milli.Az

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    @@@ · 9 Noyabr 15:2774

    O nəzarətçi göz həkiminə müraciət etsin.

    Cavab yaz
  • Anonim
    Samire · 9 Noyabr 15:5272

    Hele menim yadıma düşmür, Şefiqe Memmedovanın Azerbaycan dilinde danışdığını. Belke havaxtsa danışıb! Amma men eştmemişem.

    Cavab yaz
    • Anonim
      Samirəyə · 9 Noyabr 17:2552

      'Bizim Cəbiş müəllim' və 'Ad günü filmlərinə baxın

      Cavab yaz
      • Anonim
        17-25 · 9 Noyabr 17:2922

        Əminsiniz ki,orada dublyordan istifadə olunmayıb?

        Cavab yaz
  • Anonim
    Tamaşaçı · 9 Noyabr 15:57142

    Nəzarətçi Rəqsanəni görsəydi tanıyacaqdı.Hətta əkizlərinin adını da biləcəkdi.Bu cür sənətkarı tanımamaq olar?"Ad günü"filminə baxmayan var görəsən?Köhnə filmlərimiz çox gözəldi.

    Cavab yaz
  • Anonim
    Sumqayıtlı qız · 9 Noyabr 16:0172

    Allah ömür versin.Amma mən də tanımıram..Nə edim,TV-lər efirə çağırdı,göstərdi,tanımadım???

    Cavab yaz
  • Anonim
    $.$.$. · 9 Noyabr 16:0465

    Ay bisavadlar . Bu cur sənətkar xanımı tanımamaq olar? Bizim Cəbiş muəllim kinosunda ana rolunu oynayıb Şəfiqə xanım.Öləndən sonra gec olur tanımaqımız. Bu Xalq artistlərimizi, canlı korifeylərimizi tanımalı və unutmamalıyıq. Televiyiyalarımızda o qədər səviyyəsiz verilişlər verilir ki... Bir veriliş də qurub , təşkil edib bu cur böyuk sənətkarlarımızı xalqa, biz gənclərə tanıtsınlar.

    Cavab yaz
    • Anonim
      Sumqayıtlı qız · 9 Noyabr 16:1882

      Bir az yaxşı çıxmadı şərhiniz..Adını çəkdiyiniz kinolar çoxdan çəkilib.Bu xanım da həmişəyaşıl ağac deyil ki,olduğu kimi qalsın..Həmin kinolar görün nə vaxt çəkilib..İllər keçir,insan yaşa dolur və görüntü olaraq,dəyişir...Efirlərə də çağırılmır,haradan tanıyım???

      Cavab yaz
  • Anonim
    asi · 9 Noyabr 21:0740

    Nəzarətçini qınamağa dəyməz..Bəlkə gənc adamdı..Gənc nəsil çox tanımır yaşlı nəsli..O ki, qaldı oynadığı filmlərə..Orada cavan idi, indi artıq yaşlı xanımdı, ona görə də tanınmaya bilər..Gündə göstəriımirki hamı tanıya..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.