Cəmiyyət

"Son nəfəsinə kimi teatrı yaşatdı" - Amaliya Pənahovadan danışdılar

9 Noyabr 2018 14:34
1 Şərh     Baxış: 1 417

Mərhum xalq artisti Amaliya Pənahova ilə vida mərasiminə qatılan sənət adamları aktrisayla bağlı xatirələrini bölüşüblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xalq artisti Nurəddin Mehdixanlı Pənahovanı fədakar sənətkar adlandırıb:

"Ömrünün son anına qədər səhnə üçün çalışdı. Bakı Bələdiyyə Teatrını yaratdı və bu sahədən uzaqlaşan hamını ora yığdı. Hər zaman gənclərə dəstək olurdu. Teatr sənətinin inkişaf etməsi üçün bacardığını edirdi. Amaliya Pənahova özü üçün yaşamadı. Bu sənətdə onun yeri həmişə görünəcək. Fiziki uzaqlaşa bilər, amma hər zaman bizimlə olacaq".

Əməkdar artist Elxan Qasımov Pənahova ilə uzun illər dostuluq etdiklərini açıqlayıb:

"Bizim dostluğumuz 56 ildir davam edirdi. Onunla qardaşlıq edirdik. Birlikdə çox rollar oynamışıq. Gözəl sənətkarlarımız çoxdur. Amma Amaliya Pənahovadan bir daha gəlməyəcək. Onu çox sevən var idi, yeri cənnətdir".

Xalq artisti Hacı İsmayılov onun xəstə ola-ola səhnəyə çıxdığını və tamaşanı təşkil etdiyini bildirib:

"Ayın 31-i o tamaşa təşkil etdi. Bilirsiniz, bu hər adama nəsib olmur. O, axıra kimi bu teatrı yaşatdı. Son nəfəsinə kimi. Xalqın Amaliya xanıma olan sevgisi bəllidir".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Shebiş · 9 Noyabr 14:4620

    Hörmet elediyim insanlar ele fedekar insanlardan biride sizlersiz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.